AZ

SİRİ Baltikyanı ölkələrin milli himni əvəzinə SSRİ-nin himnini səsləndirir - İstifadəçilər Apple-dan şikayət ediblər

4ac9472cbb4ffdc115dabf6c860de057.jpg
18.01.2020 11:00

Sirinin səhvinin səbəbi hələ ki məlum deyil.

 

Baltikyanı ölkələr Apple-dan şikayət ediblər - Siri niyə SSRİ-nin himnini səsləndirir?

 

"Apple"ın Latviya və Estoniyadan olan istifadəçiləri şirkətin səs köməkçisi Siri-dən şikayət ediblər.

 

TED.az xəbər verir ki, şikayətin səbəbi Siri-nin sözügedən ölkələrin milli himni əvəzinə SSRİ-nin himnini səsləndirməsi olub.

 

Siri musiqiləri "Spotify" servisinin köməyilə axtarıb tapır. Belə ehtimal olunur ki, səhvlik Apple-ın qurğusunun servislə iş prinsipindədir. KİV-in məlumatına görə, "Google"ın assistenti isə "Spotify" servisilə işləsə də bütün himnləri düzgün səsləndirir.

 

Qeyd edək ki, "Loup Ventures" şirkəti ötən il müsabiqə keçirərək, "Apple", "Google" və "Amazo"nun səs köməkçilərini sınaqdan keçirib. Sınaq nəticələrinə görə, birinci yeri "Google Assistant" tutub. O, 100% bütün sorğuları tanıyıb və onların 92,9%-nə düzgün cavab verib.

 

Siri isə ikinci yeri tutaraq, 99,8% sorğunu düzgün başa düşüb, lakin onlardan yalnız 83,1% lazımi cavablar verib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox