AZ

Xiaomi-nin səhmlərinin sürətlə bahalaşma SƏBƏBİ açıqlandı

0dc0088b12c81f168d651e8c248d52df.jpg
18.01.2020 12:50

299 dollara satılan smartfon səhmlərə necə təsir etdi?

 

"Xiaomi"nin səhm qiymətləri rekord həddə çatıb.

 

TED.az xəbər verir ki, hazırda "Xiaomi"nin səhmləri 40 milyard dollar dəyərində qiymətləndirilir. Maraqlıdır ki, ötən ilin avqust ayında şirkətin səhmlərinin qiyməti 28 milyard dollar idi.

 

Səhmlərin sürətlə bahalaşmasına səbəb nədir?

 

Mütəxəssislərin fikrincə, "Xiaomi"nin səhm qiymətlərinin bu qədər bahalaşmasına səbəb Redmi K30 5G smartfonunun satışa çıxarılması olub.

 

Qeyd edək ki, sözügedən smartfon 5G mobil texnologiyalarını dəstəkləyən ən ucuz (289 dollar) telefondur. Smartfon satışa yanvar ayının əvvəlində çıxarılsa da, ən ucuz versiyası (operativ yaddaş 6 GB, fləş yaddaşı isə 64 GB) artıq satışdadır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox