AZ

İlon Mask bu gün Falcon 9 raketini partladacaq - VİDEO

dfa34ba6f27b3e4e92007fef15dd2305.jpg
18.01.2020 16:45

İlon Maskın sahibi olduğu "SpaceX" şirkəti kosmosa astronavt göndərmək üçün dizayn edilən "Crew Dragon"da fövqəladə vəziyyət üçün test keçirəcək. Test zamanı "Falcon 9" raketi partladılacaq. 

 

TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "SpaceX"in Floridada həyata keçirəcəyi məhvetmə prosesinə bu gün Bakı vaxtilə 18:00-da start veriləcək. Proses "SpaceX"in "YouTube" səhifəsində canlı yayımlanacaq.

 

"Crew Dragon" kapsulu, Kennedi Kosmik Mərkəzindəki Start Kompleksindən qalxandan təxminən 1,5 dəqiqə sonra "Falcon 9"dan ayrılacaq. Bunun üçün "SuperDraco" itələyici mühərriklərindən istifadə olunacaq. "Falcon 9" raketinin parçaları partlayışdan sonra Atlantik okeanına düşəcək. "Crew Dragon" kapsulu isə paraşütlə yerə enəcək. 

 

Bütün bunların sayəsində atma-qaçış sistemi test edilmiş olacaq. İnsanların kosmoso etibarlı şəkildə göndərilə biləcəyi isbat ediləcək. Çünki sözügedən sistem raketin partlama təhlükəsi kimi fövqəladə hallarda kosmik gəminin raketdən ayrılmasını təmin edir. 

 

Bundan başqa, "Falcon 9"un partladılması "SpaceX"in Beynəlxalq Kosmik Stansiyaya astronavt göndərməyə başlaması üçün önəmli addımlardan biridir. Hazırda ABŞ astronavtlarını stansiyaya Rusiyanın "Soyuz" kosmik raketilə göndərir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox