AZ

Mark Zukerberq böyük məbləğdə vəsait alaraq, saxta informasiya yayımlayır

fbd3218ac27b2bcbf5f9ab783ad6e24f.jpg
18.01.2020 18:00

ABŞ prezidentliyinə namizəd olan, keçmiş vitse-prezident Co Bayden Feysbuku və onun yaradıcısı Mark Zukerberqi saxta məlumat yaymaqda təqsirləndirir.

 

TED.az xəbər verir ki, Bayden Mark Zukerberqi ciddi və böyük problem adlandırıb. Buna səbəb kimi isə onun pul müqabilində yanlış məlumat yaymağını göstərib. 

 

Qeyd edək ki, sözügedən görüntülər "Ukrayna işi" adlanır. Feysbukda yayılan videomaterialda Co Baydenin ukraynalı məmurları şantaj etməsindən danışılır. 

 

"Ona (red:Zukerberq) yüksək məbləğdə pul ödəyiblər ki, həqiqəti əks etdirməyən material yayımlasın", - deyə keçmiş vitse-prezident bildirib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox