AZ

Ötən il 2400-dən çox məhkuma elektron qolbaq tətbiq edilib – AÇIQLAMA

35bf2654431c3816d547f5009c27648f.jpg
18.01.2020 22:40

"Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təcrübəsi məhkəmə qərarlarının icrasının təmin olunmasına öz müsbət təsirini göstərib, 13 mindən çox borclu tərəfindən məhkəmə qərarları icra edildiyinə görə onların üzərindən məhdudiyyət götürülüb. Belə məhdudlaşdırmanın olub-olmamasını öyrənməklə bağlı Ədliyyə Nazirliyi tərəfindən vətəndaşlara göstərilən elektron xidmətdən istifadənin sayı 2019-cu ildə 1.5 milyonu keçib".

 

TED.az xəbər verir ki, bunu nazirliyin Probasiya Xidmətinin rəisi Akşin Ziyadov deyib.

 

O qeyd edib ki, azadlıqdan məhrumetməyə alternativ cəzaların, o cümlədən, azadlığın məhdudlaşdırılması cəzasının icrasında elektron nəzarət vasitələrinin tətbiqi əhəmiyyətli dərəcədə genişləndirilib: "Bunun nəticəsində 2019-cu ildə 2400-dən çox məhkuma elektron qolbaq tətbiq edilib".

 

Cavid QƏDİR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox