AZ

INNOLAN-də startapçılarla görüş keçirilib

7f54c2a8a79acbb241fd63a733dabaf0.jpg
21.01.2020 11:29

INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində akselerasiya proqramını uğurla başa vurmuş startapçılarla görüş – Demo Day təşkil olunub.

 

TED.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının və özəl şirkətlərin rəhbər şəxsləri iştirak ediblər.

 

Demo Day-də bir neçə fəaliyyət istiqamətini əhatə edən, ümumilikdə 12 startap çıxış edib. INNOLAND-in Bakcell ilə həyata keçirdiyi 1-ci İnkubasiya proqramından Fonibo, Bon.az və Towaves startapları, AzerGold QSC ilə birgə həyata keçirdiyi Akselerasiya proqramından Join 2b2, Buqelemun, Təmiz hava və Günəş Bioqaz startapları və Bank Respublika ilə birgə həyata keçirdiyi Akselerasiya proqramından Bank off, Paylink, Fintrack, One Point və Dama Dama startapları investorlar qarşısında öz təqdimatlarını edib.

 

Startapçılar çıxışlarında INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində keçdikləri inkubasiya və akselerasiya proqramı ərzində layihələrin necə inkişaf etdiyi, hazırda layihələrin hansı mərhələdə olduğu, gələcək hədəfləri və zəruri olan investisiya ehtiyacları haqqında məlumat veriblər.

 

 

Startaplar bölməsindən digər xəbərlər

Daha çox