AZ

Gələn ay ölkəyə Toyota-nın daha iki hibrid modeli gətiriləcək – biri Corolla, digəri isə…

ac53096c0956536e7b415c1b73879b6a.jpg
21.01.2020 11:30

Avtomobillərin atmosferə buraxdığı zəhərli maddələr ekologiyanı korlamaqla yanaşı, insan sağlamlığı üçün də ciddi təhlükə hesab olunur. Bu tip maddələr insan orqanizmində bir çox xəstəliklərin ortaya çıxmasına zəmin yaradır. Bu səbəbdən Avropa, Yaponiya, ABŞ və digər inkişaf etmiş ölkələrdə atmosferə zərər verməyən elektromobil və hibrid avtomobillərin istehsalı həyata keçirilir.

 

Təqribən 20 il bundan əvvəl ilk olaraq Yaponiya şirkəti hibrid avtomobillərin istehsalına başlayıb. Hazırda isə dünyanın bütün məşhur avtomobil markaları elektromobil və hibrid avtomobillərin istehsalına geniş yer ayırır.

 

Artıq Azərbaycanda da hibrid avtomobillərin istifadəsi populyarlaşıb.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Natiq Axundov TED.az-a açıqlamasında bildirib ki, 2019-cu il ərzində ölkəyə 3645 ədəd hibrid avtomobilləri idxal olunub.

 

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, 2020-ci ildən Azərbaycana idxal olunan hibrid maşınların sayı artacaq: “Söhbət yalnız ikinci əl avtomobillərdən getmir. İndiyə qədər ölkəyə köhnə hibrid avtomobillər gətirilir, az qismini rəsmi dillerlər təşkil edirdi. 2020-ci ilin fevral ayından müxtəlif marka hibrid avtomobillər gətiriləcək. İndiyə qədər ölkəyə idxal olunanlar hibrid krossoverlər idi”.

 

 

Ekspert qeyd edib ki, əminliklə 2020-ci ilin birinci yarısından Azərbaycana gətirilən hibrid avtomobillərin sayının artacağını demək olar: “Vətəndaşlar artıq hibrid avtomobillər haqqında tam məlumatlıdırlar. Onlar artıq fərqindədirlər ki, hibridlər ətraf mühitə ziyan verməyən, ekoloji cəhətdən təmiz və qənaətcil avtomobillərdir. Qeyd edim ki, fevral ayından Toyota-nın iki hibrid növü Azərbaycana gətiriləcək. Bunlar ənənəvi mühərrikli Corolla orta seqmenti və Camry modelidir. Buna qədər isə Toyota-nın Rav 4 və Priyus hibrid modeli idxal olunurdu”.

 

Nuranə DAXİLQIZI

TED + bölməsindən digər xəbərlər

Daha çox