Gələn ay ölkəyə Toyota-nın daha iki hibrid modeli gətiriləcək – biri Corolla, digəri isə…
Avtomobillərin atmosferə buraxdığı zəhərli maddələr ekologiyanı korlamaqla yanaşı, insan sağlamlığı üçün də ciddi təhlükə hesab olunur. Bu tip maddələr insan orqanizmində bir çox xəstəliklərin ortaya çıxmasına zəmin yaradır. Bu səbəbdən Avropa, Yaponiya, ABŞ və digər inkişaf etmiş ölkələrdə atmosferə zərər verməyən elektromobil və hibrid avtomobillərin istehsalı həyata keçirilir.
Təqribən 20 il bundan əvvəl ilk olaraq Yaponiya şirkəti hibrid avtomobillərin istehsalına başlayıb. Hazırda isə dünyanın bütün məşhur avtomobil markaları elektromobil və hibrid avtomobillərin istehsalına geniş yer ayırır.
Artıq Azərbaycanda da hibrid avtomobillərin istifadəsi populyarlaşıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Natiq Axundov TED.az-a açıqlamasında bildirib ki, 2019-cu il ərzində ölkəyə 3645 ədəd hibrid avtomobilləri idxal olunub.
Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, 2020-ci ildən Azərbaycana idxal olunan hibrid maşınların sayı artacaq: “Söhbət yalnız ikinci əl avtomobillərdən getmir. İndiyə qədər ölkəyə köhnə hibrid avtomobillər gətirilir, az qismini rəsmi dillerlər təşkil edirdi. 2020-ci ilin fevral ayından müxtəlif marka hibrid avtomobillər gətiriləcək. İndiyə qədər ölkəyə idxal olunanlar hibrid krossoverlər idi”.
Ekspert qeyd edib ki, əminliklə 2020-ci ilin birinci yarısından Azərbaycana gətirilən hibrid avtomobillərin sayının artacağını demək olar: “Vətəndaşlar artıq hibrid avtomobillər haqqında tam məlumatlıdırlar. Onlar artıq fərqindədirlər ki, hibridlər ətraf mühitə ziyan verməyən, ekoloji cəhətdən təmiz və qənaətcil avtomobillərdir. Qeyd edim ki, fevral ayından Toyota-nın iki hibrid növü Azərbaycana gətiriləcək. Bunlar ənənəvi mühərrikli Corolla orta seqmenti və Camry modelidir. Buna qədər isə Toyota-nın Rav 4 və Priyus hibrid modeli idxal olunurdu”.
Nuranə DAXİLQIZI
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











