Vüsal Qasımlı: Digital Trade Hub layihəsinin məqsədi Avropa ilə Asiya arasında Rəqəmsal İpək Yolu yaratmaqdır
"Ölkəmiz rəqəmsal ticarətin və sərhədlərarası məlumat mübadiləsinin təşviqi, rəqəmsallaşmanın və nağdsız dövriyyənin genişləndirilməsi, Rəqəmsal Ticarət Qovşağı, Yaşıl Dəhliz və s. sahələrdə aparılan uğurlu islahatlar fonunda öz göstəricisini 2015-ci ildən bu yana 33.23% yaxşılaşdırıb".
TED.az xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Davos İqtisadi Forumunun gündəliyi və Azərbaycanın bu toplantıda yüksək səviyyədə təmsil olunmasının əhəmiyyəti barədə danşarkən deyib.
İcraçı direktorun sözlərinə görə, Dördüncü Sənaye İnqilabının tələblərinə uyğun olaraq yeni texnologiyaların insanlara verdiyi üstünlükləri artırmaq üçün hökumət, infrastruktur, biznes və maliyyə təşkilatlarını bir araya gətirməklə Azərbaycanda Rəqəmsal Ticarət Konsorsiumu təşkil edilib.
Rəqəmsal Ticarət Konsorsiumun üzvü İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən dünyada unikal layihə hesab edilən “Digital Trade Hub” (DTH) portalının yaradıldığını deyən icraçı direktor DTH-nin dünyada ilk dəfə mobil rezidentlik xidməti, onlayn vahid ixrac ərizəsi və rəqəmsal ticarət üçün trans-sərhəd xidmətlər təqdim etdiyini də vurğulayıb: "Konsorsiumun infrastruktur üzrə icraçı şirkəti "AzərTelekom" Azərbaycanı regionda rəqəmsal mərkəzə çevirəcək Xəzər altı fiber-optik internet xəttlərinin çəkilməsinə başlayıb".
V.Qasımlı nəzərə çatdırıb ki, layihənin məqsədi Rəqəmsal İpək Yolu olaraq bilinən Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizi yaratmaqdır: "Konsorsium çərçivəsində Azərbaycanda həyata keçirilən başqa bir yenilik məsafədən bank hesablarının açılması və idarə edilməsi olub. Xidmət coğrafi hüdud anlayışını maliyyə və bank sektorunda da mücərrəd edib. Konsorsiumun biznes üzvləri də fəaliyyət sahələri üzrə yeni rəqəmsal həllər təqdim edib, virtual ünvan və virtual köməkçi kimi yeni məhfumlar Azərbaycanın biznes mühitinə daxil olunub. Qeyd edilən yeniliklərin tətbiqi paylanmış ledger texnologiyalarının və X-Road sisteminin tətbiqi ilə həyata keçirilib".
Cavid QƏDİR
Elm bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











