AZ

Vikipediyada yeni səhifə necə yaradılır və redaktə olunur- TEDassistant

7f852bb5ef80d35de271ebdcc361866d.jpg
21.01.2020 14:30

Vikipediya dünyanın hər yerinə yayılmış könüllü yazarlar tərəfindən yaradıldığı üçün tarixin ən böyük bilik hovuzlarından biridir. Bəs hər məlumat lazım olanda ora müraciət edən oxucudan necə Vikipediya yazana çevrilə bilərik?

 

Vikipediyada yeni səhifə necə yaradılır, mövcud olanları necə redaktə etmək olar? TEDassistantınız bütün bunlara birlikdə nəzər salmağı təklif edir.

 

Vikipediya üzvlüyünü açın:

 

 

- Sağ üst küncdə yerləşən "Hesab yarat" düyməsini basın.

- Müvafiq qutulara lazımi məlumatları daxil edin.

- "Hesabınızı yaradın" düyməsini basın.

- Təqdim etdiyiniz e-poçt ünvanına gələn təsdiq bağlantısını vurun.

Göründüyü kimi hələ bir Vikipediya hesabı yaratmamısınızsa, saniyələr içində Vikipediya insanı ola bilərsiniz. Rahat səhifələr yaratmaq və redaktə etmək istəyirsinizsə, Vikipediya üzvlüyünə sahib olmaq çox vacibdir. Əlbəttə ki, bu, yeganə iş deyil. Hələ yolun başlanğıcındayıq.

 

Vikipediya səhifəsini necə yaratmaq olar?

 

Birinci üsul: URL ilə  Wikipedia səhifəsi yaratmaq

- http://en.wikipedia.org/wiki/create_page_name" kimi bir URL daxil edərək səhifəyə gedin.

- Sağ üst küncdə yerləşən "Mənbə yarat" düyməsini klikləyin.

- Səhifəni aşağısındakı mətn qutusu vasitəsi ilə yarada bilərsiniz.

 

URL ilə Vikipediya səhifəsi yaradarkən diqqətli olmalı olduğunuz məqam, səhifə adınızı URL-ə əlavə edərkən boşluq qoymaq əvəzinə "(_)" işarəsini istifadə etməyinizdir.

 

İkinci üsul: "Digər səhifələrdə olan qırmızı bağlantılara klikləmək"

 

Vikipediyada olan bir məqaləyə daxil olun. Məqalədə qırmızı rəngli keçid sözü tapın. Bağlantıya klikləyərək əlaqəli mənbə yaradılması səhifəsinə daxil ola bilərsiniz. Vikipediyada tez-tez məqalələrdə bir sıra sözün qırmızı rəngdə yazıldığını görürük. Bu qırmızı sözlər öz səhifəsi ola biləcək, lakin hələ yazılmamış mövzuları göstərir. İlk dəfə bir Vikipedia səhifəsi yaradan birisi üçün məntiqi bir başlanğıc üsuludur.

 

Üçüncü üsul: "Bir məqalə içərisindən əlaqə yaratmaq"

 

-Vikipediya məqaləsinin yuxarı sağ hissəsindəki "Mənbə dəyişdirin" simvoluna vurun.

- Bağlantı etmək istədiyiniz sətri ikiqat mötərizəyə “[[və]]” salın.

- Məqaləyə qayıdaraq yaratdığınız linkə vurun.

- Açılan səhifədəki mətn qutusunda səhifənizi yaratmağa başlaya bilərsiniz.

Yuxarıda demişdik ki, qırmızı bağlantılara klikləmək, başlamaq üçün yaxşı yoldur. Buna görə qırmızı keçidləri özümüzün yarada bilməmiz vacib məqamdır.

 

Dördüncü üsul: “Vikipediya sınaq lövhəsi”

- Bunun üçün əvvəlcə "Sınaq lövhəsi" səhifəsini açın.

- Sağdakı "Mənbə dəyişdirin" simvoluna vurun.

- Səhifədəki mətn qutusundan öz səhifənizi yarada bilərsiniz.

Sınaq lövhəsi əvvəllər vikipediya məqaləsi və ya redaktəsi olmayan istifadəçilərin Vikipediya paneli ilə tanış olmaq üçün yararlana biləcəkləri səhifədir. Səhifədəki dəyişikliklər Vikipediyada yayımlanan heç bir məqaləyə təsir etmir. Beləliklə, rahatlıqla platformaya uyğunlaşa bilərsiniz. Vərdiş etdikdən sonra yuxarıdakı üsullarla öz səhifənizi daha rahat yarada bilərsiniz.

 

Vikipediyada yeni bir səhifə yaradarkən URL ilə səhifələrin yaradılması üsulu o qədər də uğurlu deyil. Çünki bu şəkildə yaradılan səhifələr "yetim qalır".

 

Qırmızı bağlantıları klikləyərək yaradılan səhifələr birdən çox məqalə tərəfindən dəstəkləndiyinə görə daha çox diqqət cəlb edir.

 

Vikipediyada səhifə yaratmaq üsulları olduqca sadə olsa da, vikipedist olaraq nəzərdən keçirilməli çox şey var. Bu mövzulara məqaləmizin qalan hissəsində toxunacağıq. Ancaq əvvəlcə yaradılan Vikipediya səhifəsini necə redaktə edəcəyinizdən danışaq.

 

Vikipediya səhifəsi necə redaktə olunur?

 

 Birinci üsul: “Dəyişdir simvoluna vurmaq”

- Açdığınız Vikipediya səhifəsinin yuxarı sağ hissəsindəki "Dəyişdir" simvoluna vurun.

 

- Səhifə redaktə edilə biləcək hal alır.

 

- Düzəliş başa çatdıqda "Dəyişiklikləri dərc et" düyməsinə vurun.

 

Bu, dəyişikliklərinizi canlı görə bilmə və daha sürətli fəalliyyət göstərməyə imkan verən üsuldur. Ancaq bu üsul "Mənbə dəyişdir" düyməsini istifadə etməkdən daha məhdud tənzimləmə seçimləri təklif edir.

 

İkinci üsul: “Mənbə dəyişdir simvoluna vurmaq”

 

- Səhifənin yuxarı sağ hissəsindəki "Mənbə dəyişdirin" simvoluna vurun.

- Vikipediyanın öz paneli açılacaq.

- Düzəliş başa çatdıqda aşağıdakı "Dəyişiklikləri göndər" düyməsinə vurun.

 

Bildirək ki, "Mənbə dəyişdir" düyməsini istifadə etməklə, yeni bir Vikipediya səhifəsi yaradarkən istifadə olunan panelin eynisi aktivləşir.

 

 

Mənbəni dəyişdir” düyməsi ilə açılmış səhifədə düzəlişlər bitdikdən sonra səhifənin yeni versiyasını təsdiqləməyə təqdim etməzdən əvvəl dəyişikliklərinizi nəzərdən keçirə bilərsiniz. Bunun üçün "Dəyişiklikləri göndər" düyməsinin yanında olan iki düyməni istifadə edə bilərsiniz. Yaradılmış Vikipediya səhifəsini redaktə etmək, yeni səhifə yaratmaq qədər asandır.

 

Vikipediya səhifəsi yaradarkən və redaktə edərkən nələrə diqqət yetirmək lazımdır?

 

Mənbə bildirmədən heç bir məlumat yazmayın

 

Vikipediya bir ensiklopediyadır. Bəzən qarışıqlıq olmasına baxmayaraq, içindəki məlumatların həqiqətən etibarlılığına diqqət yetirilir. Yaratdığınız səhifənin və ya düzəlişlərin təsdiqlənməsi üçün mənbələr əlavə edin. Siz məlumatı verdiyiniz sözdən dərhal sonra və ya ilk durğu işarəsindən sonra qeyd edə bilərsiniz. Mənbə əlavə etmək üçün Vikipediyanın öz panelindəki "Mənbə" düyməsini basaraq, mənbəyinizin növünü (kitab, jurnal, xəbər və ya veb mənbəyi) seçdikdən sonra lazımi məlumatları daxil edə bilərsiniz.

 

Vikipediyada işləyərkən diqqətli olmalı olduğunuz məqamlardan biri şəkillərin müəllif hüquqlarının pozulmamasıdır. Ensiklopediya məqaləsi yazarkən onu lazımi sayda şəkillərlə dəstəkləmək çox vacibdir.

 

Vikipediya internet ensiklopediyası olduğu üçün çap ensiklopediyalarından fərqi daim yenilənməsidir. Buna görə də yaratdığınız səhifənin dəyərini qorumaq istəyirsinizsə, onu ən yeni məlumatlarla dəstəkləməlisiniz. Səhifəniz yenilənmirsə "Silinməyə namizəd səhifələr" kateqoriyasına düşə bilər.

 

Vikipediya, həqiqətən, İnternetdə mövcud olan ən sağlam məlumat mənbələrindən biridir. Buna görə də belə bir platformaya töhfə vermək insanları qürurlandıracaq bir davranışdır.

 

Günel QURBANOVA

TED + bölməsindən digər xəbərlər

Daha çox