AZ

Azərbaycanda bir ilk – müştərilərə robot xidmət göstərəcək

fa6b77c4f47af5c14913eafe99fc90af.jpg
21.01.2020 16:13

Azərbaycan Beynəlxalq Bankı (ABB) ilk dəfə olaraq  müştərilərinin xidmətinə "IBA Bot" adlı robotu istifadəyə verib.

 

TED.az xəbər verir ki, bu haqda ABB-nin mətbuat katibi Yadigar Cəfərəli  məlumat yayıb.

 

Yadigar Cəfərəli bildirib ki, "IBA Bot" bank müştəriləri ilə rahat ünsiyyət qurur: “Onların simasını yadında saxlayır. Banka növbəti dəfə gələrkən müştəriləri adları ilə tanıyır. Bir çox məhsul və xidmətlər haqqında suallara ondan cavab almaq olar. Robot, müştəriləri xidmət üçün müvafiq bölmələrə istiqamətləndirmək bacarığına da sahibdir”.

 

“Yaxın günlərdə müştərilər elektron növbə qəbzlərini də "IBA Bot" dan alacaqlar. Azərbaycan Beynəlxalq Bankının ölkəmizə gətirdiyi daha bir innovativ ilk Bakı şəhəri Nizami küçəsi 67 ünvanındakı xidmət ofisimizdə tətbiq olunur”, – deyə Yadigar Cəfərli qeyd edib.

 

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox