AZ

Ədliyyə Nazirliyinin ən populyar elektron xidməti hansıdır? – AÇIQLAMA

1b09ed8ea16cd0467c93f08419bc1b93.png
21.01.2020 17:40

"Ədliyyə Nazirliyi 2011-ci ilin noyabrından etibarən, elektron xidmətlər göstərməyə başlayıb. Nazirliyin vətəndaşlıq vəziyyəti, notariat, qeyri-kommersiya hüquqi şəxslər, icra xidməti və digər sahələr üzrə elektron xidmət növləri mövcuddur".

 

TED.az xəbər verir ki, bunu nazirliyin səlahiyyətli nümayəndəsi Qismət Qurbanov deyib.

 

Q.Qurbanov əlavə edib ki, vətəndaşlıq vəziyyəti üzrə Ədliyyə Nazirliyinin 4 elektron xidməti istifadəyə verilib:

 

1. Qeydiyyat orqanları və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması barədə məlumatın verilməsi

 

2. Azərbaycan adları barədə məlumat;

 

3. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müraciətlər;

 

4. Qeydiyyata alınmış vətəndaşlıq vəziyyəti aktları ilə bağlı arayışların və şəhadətnamələrin verilməsi.

 

Nazirlik rəsmisi onu da əlavə edib ki, təmsil etdiyi qurumun Elektron xidmətlər portalında vətəndaşlar üçün doğum, nikah, nikahın pozulması, atalığın müəyyən edilməsi kimi xidmətlər təklif edilir.

 

Q.Qurbanov, həmçinin qeyd edib ki, adıçəkilən xidmət növlərindən ən çox istifadə ediləni Azərbaycan adları barədə məlumat və nikahın elektron qeydiyyat üçün müraciət formasıdır. Adıçəkilən xidmətlərin birincisi üçün müraciət sayı artıq bir milyonu keçib: “Xidmət vasitəsilə hər bir adın mənasını, son beş ildə, eləcə də hər il üzrə statistikasını öyrənmək mümkündür. Digər sözügedən xidmətin populyar olmasının səbəbi isə heç yerə getmədən, kompüter və ya mobil telefon vasitəsilə qeydiyyata düşmənin mümkünlüyüdür".

 

Cavid QƏDİR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox