AZ

Əsgərə salam aksiyası davam edir

d47a4c49ab405a7008ef47829bcf439a.png
21.01.2020 19:00

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-də start verdiyi “Əsgərə salam” aksiyası davam edir.

 

TED.az xəbər verir ki, 2 fevral – Gənclər Gününə qədər davam edəcək aksiyada məqsəd “Könüllülər ili”ndə könüllülük hərəkatının iştirakçıları ilə yanaşı, cəmiyyətin müxtəlif təbəqələrinin Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirməkdir.

 

Aksiyaya qoşulmaq istəyənlər kollektiv şəkildə hərbi salamlama vəziyyətində şəkil çəkdirərək sosial şəbəkələrdə #esgeresalam #dovletqacqinkom həştəqlərini qeyd etməklə paylaşa bilərlər.

TED + bölməsindən digər xəbərlər

Daha çox