Professorların yaratdığı ən yaxşı zehni təlim oyunları- VİDEO
Zehni inkişaf etdirdiyini iddia edən bir çox oyun var, amma adətən bu cür oyunların reklamdan başqa bir şey olmadığı məlum olur. Ancaq son dövrlərdə yaradılmış yeni oyunlar var ki, onlar ciddi elmi araşdırmalara əsaslanır. Bu oyunlar yaddaş, psixoloji təmkin və idrak rahatlığını yaxşılaşdırmağa kömək edir.
Son illər ərzində yaddaşın stimullaşdırılmasına yönəlmiş oyunların yaradılmasında mühüm irəliləyişlər olub. Bir neçə oyun meydana gəlib ki, doğurdan da zehnin inkişafına müsbət təsir göstərir. Hazırda yaradılmış 3 oyun mövcuddur. TED.az sizə zehninizi yaxşılaşdıracaq bu oyunların adlarını təqdim edir. Xatırladaq ki, oyunların yaradılmasında psixoloqlar, nevropatoloqlar, müəllimlər və oyun dizaynerləri iştirak ediblər.
- Gwakkamolé.
İlk oyun inhibe nəzarəti inkişaf etdirməyə yönəlib. Bu, öz diqqətinizi, davranışınızı, düşüncələrinizi və duyğularınızı idarə etmək qabiliyyətidir.
Oyunda oyunçunun fərqli şapkalardakı avokadalardan qaçaraq ekranda görünən avokadaları əzməsi lazımdır. Səviyyə nə qədər yüksəkdirsə, avokadolar bir o qədər çoxdur və onların ekranda görünməsi daha sürətlidir. Xallar hər əzilmiş avokado üçün verilir və başlıqdakı hər vurulmuş avokado üçün xallar geri götürülür.
- CrushStations.
“CrushStations”da xərçəngkimilər avokadoların əvəzinə gəlir. Bu oyun məlumatların müvəqqəti saxlanması və emalı üçün məsuliyyət daşıyan iş yaddaşını yetişdirmək üçün hazırlanıb.
Oyunçu ac asminoqdan xilas olmaq üçün müxtəlif canlıların rənglərini və növlərini yadda saxlamalıdır. Oyunçu xərçəngkimilərin rəngini və görünüşünü düzgün xatırlayırsa, sərbəst buraxılır və əks halda onu səkkizayaqlı ilbiz yeyir. Zamanla oyun daha da çətinləşir.
- All You Can E.T.
Üçüncü oyun idrak rahatlığını inkişaf etdirmək üçün hazırlanıb. Bir zehni düşüncədən digərinə keçmək və eyni anda bir neçə fenomen haqqında düşünmək oyunun əsas məqsədidir.
Oyunçu yadplanetliləri qidalandırmalı və su verməlidir ki, onlar ölməsinlər. Ancaq yadplanetlilərin yemək və içki seçimləri gözlərin sayına və bədən rənginə görə dəyişir. Məsələn, bir səviyyədə ikigözlü narıncı canlılar yalnız tort yeyirlər, birgözlü yaşıl canlılar yalnız süd içirlər. Nə qədər davam etsəniz, qaydalar bir o qədər çətinləşir.
Günay ƏLİYEVA
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











