AZ

WhatsApp çoxdan gözlənilən funksiyanı tətbiq edəcək – YENİLİK

eadebc4c496cc45f520bcadd76ee7011.jpg
22.01.2020 10:48

Bu funksiya Teleqram və Viber-də mövcuddur.

 

Ötən ilin ən populyar messenceri seçilən WhatsApp-ın daha bir funksiyası tətbiq ediləcək.

 

TED.az xəbər verir ki, bu haqda WaBetaInfo məlumat yayıb.

 

Məlumata görə, WhatsApp istifadəçiləri yaxın zamanlarda animasiya stikerlərindən istifadə edəcəklər. Sözügedən şəbəkədə stikerlər artıq bir ildir ki, tətbiq olunur. Lakin animasiya stikerləri hələ də funksiyaya daxil edilməyib.

 

 

 

 

Məlum olduğu kimi, animasiya stikerləri Viber və Teleqram sosial şəbəkələrində çoxdan tətbiq olunur. Bəzən belə təəssürat yaranır ki, WhatsApp digər şəbəkələrdə məşhurlaşan  funksiyalardan istifadə edir. Ancaq belə olsa da, bu praktikanı səhv hesab etmək olmaz. Sonda istifadəçilər həmişə rəqabətdən faydalanırlar.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox