Baş icraçı direktor: Azərbaycana yeni texnologiyaların gətirilməsinə hazırıq
"Şirkətimiz Azərbaycana yeni texnologiyaların gətirilməsi baxımından hər cür dəstək verməyə hazırdır".
TED.az xəbər verir ki, bunu Davosda Azərbaycan prezidenti İlham Əliyev ilə görüşən “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat deyib.
O bildirib ki, şirkət iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı sahəsində, həmçinin “ağıllı şəhər” layihələrində və internet texnologiyaları ilə işıqlandırma sistemlərinin inteqrasiyası istiqamətində müxtəlif həll variantları təklif edir.
Baş icraçı direktor istər kənd təsərrüfatı sahəsində, istərsə də digər sahələrdə işıqlandırma vasitəsilə yeni həll variantlarına investisiya yatırılması imkanlarını Azərbaycanın aidiyyəti qurumları ilə müzakirə etməkdə maraqlı olduqlarını, müvafiq sahədə yeni texnologiyaların ölkəmizə gətirilməsini təmin edə biləcəklərini vurğulayıb.
Görüşdən məmnunluğunu bildirən İlham Əliyev Bakı şəhərinin işıqlandırılması üzrə hazırda icra edilən layihənin sürətləndirilməsinin vacibliyini bildirib.
Dövləti başçısı növbəti mərhələlərdə Sumqayıtda və Azərbaycanın digər böyük şəhərlərində işıqlandırmanın keyfiyyətinin artırılması, elektrik enerjisinə əhəmiyyətli qənaəti təmin edən yeni həll variantlarının tətbiqi, kənd təsərrüfatında işıqlandırma sistemləri vasitəsilə müasir texnologiyaların gətirilməsinin aidiyyəti dövlət qurumları ilə müzakirəsi barədə tapşırıqlar verib.
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











