AZ

Sayt vastəsilə gəmiyə elektron bilet almaq və bərələrin mövqeyini real rejimdə görmək olar – AÇIQLAMA

78f0ceb4d3b6b9318b1e4fed38e30335.jpg
22.01.2020 12:10

““2016-2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına dair Dövlət Proqramına əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tabeliyində olan bir sıra xidmətlər elektronlaşdırılıb. Hazırda yük sahibləri, eyni zamanda sərnişinlər sayt vasitəsilə elektron bilet sifariş edə bilərlər. Saytda Ro-Ro və bərələrin hazırkı mövqeyini də real rejimdə görmək mümkündür”, – bunu TED.az-a açıqlamasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nın İctimaiyyətlə əlaqələr departamentinin mətbuat katibi Mehman Mehdiyev deyib.

 

M.Mehdiyev bildirib ki, QSC-nın satınalma prosesinin şəffaflığını təmin etmək məqsədilə başqa bir xidmət də fəaliyyət göstərir: “Satınalma prosesində şəffaflığı təmin etmək məqsədi ilə podratçıların (malgöndərənlərin) müraciətləri elektron qaydada qəbul olunur. Həmçinin gəmilərin mövqelərinin, əməliyyatlarının yük və yanacaq məlumatlarının qeydiyyatı, gəmilərdə yaranan problemlərin qeydiyyatı və nəzarəti, eləcə də gəmilərin istismarını əhatə edən digər məsələlərin idarə edilməsi ilə bağlı daxili proqram təminatları hazırlanıb və mütəmadi olaraq təkmilləşdirilir. Üzən heyət və sahil heyətinin tibbi yoxlanışlarının qeydiyyatı və nəzarəti üçün də poliklinikamızda müasir proqram təminatı hazırlanıb”.

 

 

QSC-nin rəsmisi Azərbaycan Dövlət Dəniz Akademiyasının hazırki vəziyyətindən də danışıb:Yüksək ixtisaslı milli və beynəlxalq kadrlar hazırlayan ali təhsil müəssisəsi kimi Dəniz Akademiyasının prioritet məqsədlərindən biri təlim-tədris prosesində innovativ texnologiyaların tətbiqini təmin etməklə idarəetmənin və tədris mühitinin elektronlaşdırılmasıdır. ASCO-nun strukturuna daxil olan Azərbaycan Dövlət Dəniz Akademiyasında tələbələrin məlumat sistemi mövcuddur. Akademiyada sesiya imtahanları da elektron qaydada keçirilir. Hazırda elektron Akademiya layihəsi üzərində işlər davam etdirilir”.

 

 

Fatimə ZÜLFİQAR

 

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox