Sayt vastəsilə gəmiyə elektron bilet almaq və bərələrin mövqeyini real rejimdə görmək olar – AÇIQLAMA
““2016-2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına dair Dövlət Proqramına əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tabeliyində olan bir sıra xidmətlər elektronlaşdırılıb. Hazırda yük sahibləri, eyni zamanda sərnişinlər sayt vasitəsilə elektron bilet sifariş edə bilərlər. Saytda Ro-Ro və bərələrin hazırkı mövqeyini də real rejimdə görmək mümkündür”, – bunu TED.az-a açıqlamasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nın İctimaiyyətlə əlaqələr departamentinin mətbuat katibi Mehman Mehdiyev deyib.
M.Mehdiyev bildirib ki, QSC-nın satınalma prosesinin şəffaflığını təmin etmək məqsədilə başqa bir xidmət də fəaliyyət göstərir: “Satınalma prosesində şəffaflığı təmin etmək məqsədi ilə podratçıların (malgöndərənlərin) müraciətləri elektron qaydada qəbul olunur. Həmçinin gəmilərin mövqelərinin, əməliyyatlarının yük və yanacaq məlumatlarının qeydiyyatı, gəmilərdə yaranan problemlərin qeydiyyatı və nəzarəti, eləcə də gəmilərin istismarını əhatə edən digər məsələlərin idarə edilməsi ilə bağlı daxili proqram təminatları hazırlanıb və mütəmadi olaraq təkmilləşdirilir. Üzən heyət və sahil heyətinin tibbi yoxlanışlarının qeydiyyatı və nəzarəti üçün də poliklinikamızda müasir proqram təminatı hazırlanıb”.
QSC-nin rəsmisi Azərbaycan Dövlət Dəniz Akademiyasının hazırki vəziyyətindən də danışıb: “Yüksək ixtisaslı milli və beynəlxalq kadrlar hazırlayan ali təhsil müəssisəsi kimi Dəniz Akademiyasının prioritet məqsədlərindən biri təlim-tədris prosesində innovativ texnologiyaların tətbiqini təmin etməklə idarəetmənin və tədris mühitinin elektronlaşdırılmasıdır. ASCO-nun strukturuna daxil olan Azərbaycan Dövlət Dəniz Akademiyasında tələbələrin məlumat sistemi mövcuddur. Akademiyada sesiya imtahanları da elektron qaydada keçirilir. Hazırda elektron Akademiya layihəsi üzərində işlər davam etdirilir”.
Fatimə ZÜLFİQAR
e-Azərbaycan bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Google Health 5.03 yeniləməsi yayımlandı: Yuxu izləmə və Strava inteqrasiyasında mühüm yeniliklər
Sony disk dövrünü bitirir: PlayStation oyunlarında yeni era başlayır
Həftənin ən çox oxunanları
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD








