AZ

Türkiyəyə məxsus müasir pilotsuz uçan aparatların kütləvi istehsalına start verildi – TƏFƏRRÜATLAR

df2ce90cea03918eb68a61ac39362f7d.jpg
22.01.2020 14:25

Türkiyənin yeni silahlandırılmış pilotsuz uçan aparatı "Akıncı"nın testləri yekunlaşmaq üzrədir.

 

TED.az xəbər verir ki, “Akıncı” bu il kütləvi istehsala girəcək.

 

“Akıncı”nın sistemi süni intellektə əsaslanıb. Cihaz operatorun müdaxiləsi olmadan qalxış-eniş prosesini həyata keçirə, hədəfləri aşkarlaya və məhv edə bilir. 12 min metr yüksəklikdə 800 km/saat sürətlə uça bilən “Akıncı”, qanadlı raketləri də idarə edir. Bundan əlavə, cihazın hər iki qanadının arxasında "forsaj" rejimli reaktiv motorlar yerləşir.

 

ABŞ-ın sonuncu nəsil "Valkyrie" (Kratos XQ-58) pilotsuz uçan aparatını nəzərə almasaq, “Akıncı”, həqiqətən də, rəqiblərini 1 addım geridə qoya biləcək bir sistemdir.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox