AZ

Toyota-nın bu modellərində nasazlıq aşkar olundu – 3,4 milyon avtomobil geri çağırılacaq

22.01.2020 14:59

Yaponiyanın ən böyük avtomobil istehsalçısı Toyota təhlükəsizlik problemləri səbəbindən dünya üzrə 3,4 milyon avtomobilini geri çağıracaq.

 

TED.az xəbər verir ki, bu qərara səbəb təhlükəsizlik yastıqlarının qəza vəziyyətində açıla bilməməsi və ya tam açılmaması ilə əlaqədar texniki nasazlıqdır.

 

Bildirilir ki, ən çox avtomobil ABŞ-da geri çağırılacaq – 2,9 milyon.

 

Qeyd olunur ki, geri çağırılmalı modellər Corolla (2011-2019-cu il buraxılışı), Matrix (2011-2013), Avalon və Avalon Hybrid (2013-2018) olacaqlar.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox