Mastercard Qiymətsiz Planet Koalisiyası yaratdı
Mastercard və tərəfdaşları iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün "Qiymətsiz Planet Koalisiyası" yaradıblar.
TED.az xəbər verir ki, "Qiymətsiz Planet Koalisiyası" 5 il ərzində 100 milyon ağac əkməyi vəd edir.
Ətraf mühitə ixrac edilən karbon tullantılarını azaltmağa kömək etmək üçün şirkətlərin enerjiyə qənaət edən iş yerlərinə və əməliyyatlara investisiya qoymaları, həmçinin bərpa olunan enerjidən istifadə etmələri və dayanıqlı tədarük zəncirini dəstəkləmələri həlledici faktordur.
“Kim olduğunuzdan və nə etməyinizdən asılı olmayaraq, iqlim dəyişikliyi sizə təsir edir. Lakin o, ən böyük mənfi təsirini sosial və iqtisadi cəhətdən həssas olanlara göstərir. Artıq ətraf mühitdə buraxdığımız izlərə laqeyd olmağın vaxtı keçib. Hazırkı kursumuzu dəyişdirmək və hamımızı daha yaxşı gələcəyə hazırlamaq üçün ən yaxşı şansımız şirkətlər və istehlakçıları ortaq bir hədəfə doğru eyni istiqamətə yönəltməkdir”, – deyə “Mastercard”ın prezidenti və baş icraçı direktoru Ajay Banqa bildirib.
“Mastercard” və onun müştərilərinin xidmətləri təxminən 3 milyard istehlakçı və korporativ kart sahiblərini əhatə edir. Bu yeni öhdəliyin əsas elementlərindən biri həmin insanları hərəkətə keçməyə ruhlandırmaqdır.
İştirakçı şirkətlər öz dayanaqlılıq strategiyalarını həyata keçirməyə davam etdirməklə yanaşı, həm də Koalisiya daxilində kampaniyalar üçün də əməkdaşlıq edəcəklər. Kampaniya London, Nyu-York, Stokholm, Helsinki, Ankara, Barselona və bir çox tərəfdaş şəhərlərdə başladılacaq.
Paralel olaraq, Mastercard-ın korporativ kart müştəriləri, öz işçilərinin səyahət, alış-veriş və xidmətlər üçün kart ödənişləri zamanı Koalisiyanın ağacəkmə təşəbbüslərinə töhfə verə biləcəklər.
Kampaniyaya maraq göstərən maliyyə qurumları, ticarətçilər, istehlakçılar və dünyanın dörd bir tərəfindəki rəqəmsal tərəfdaşlar bu işdə iştirak etməyə və həmçinin ağacəkmə proqramına töhfə vermək üçün istehlakçı və işçiləri cəlb etməyə dəvət olunurlar.
Mastercard-ın qlobal ödəmə infrastrukturu kampaniyaya töhfə vermək üçün bır sıra aparıcı pərakəndə mərkəzlərində "yuvarlaqlaşdırma" kimi əlavə üsullar təqdim edir. Bu üsul vasitəsilə kart sahibi istehlakçılar ödəniş nöqtəsində öz ödənişlərinə "ağacəkmə ianəsi" də əlavə edə bilərlər.
Texnologiya bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












