AZ

EKSPERT: Windows 7 hakerlərə gəl-gəl deyir - müdafiə sistemini anında sındırmaq mümkündür

afe9bcd2a2c5df554a6e2c2f2d21d50c.jpg
22.01.2020 17:25

Ötən həftənin ən əsas hadisələrindən biri də Microsoft şirkəti tərəfindən rəsmi olaraq Windows 7 əməliyyat sisteminə dəstəyin dayandırılması oldu. Bu qərar milyonlarla Windows 7 istifadəçisini məşhur "7"yə əvəzləyici axtarmaq məcburiyyətində qoydu. Microsoft yeni məhsulunu – Windows 10-u, Canonical isə Ubuntu əməliyyat sistemini tövsiyə etdi.

 

Bəs nə etməli?

 

TED.az olaraq Azərbaycandakı istifadəçilər arasında sorğu keçirdik. Respondentlərdən  hansı əməliyyat sistemindən istifadə etdiklərini, mütəxəssisdən isə Windows 7 əməliyyat sisteminin törədə biləcəyi təhlükələr öyrəndik.

 

Hüquqşünas Mehman Muradlı: “Hazırda Windows 7 əməliyyat sistemindən istifadə edirəm”.

 

BDU jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev: “Fərdi kompüterimdə Windows10 (Office 2013) əməliyyat sistemini istifadə edirəm”.

 

Jurnalist Əzizə İsmayılova: “Mənim kompüterim Windows10 ilə işləyir”.

 

Professor Nəsir Əhmədli: “Kompüterdə Windows 10 əməliyyat sistemindən istifadə edirəm”.

 

 

Engineering for Kids STEM təhsil mərkəzinin direktoru Ceyhun Cabbarov: “Windows 10 əməliyyat sistemi”.

 

Yazıçı Tural Cəfərov: “Windows 8 əməliyyat sistemi”.

 

Jurnalist Ülviyyə Heydərova: “Windows XP əməliyyat sistemi”.

 

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova: “Hazırda fərdi istifadə etdiyim kompüterdə Windows 10 əməliyyat sistemi var”.

 

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əliyev: “Windows 10 əməliyyat sistemindən istifadə edirəm”.

 

Azərbaycan Universitetləri səhifəsinin admini Zöhrab Süleyman: “Windows 10 əməliyyat sistemi”.

 

 

Mütəxəssis: Artıq Windows 7 əməliyyat sistemi real təhlükədir.

 

Dövlət Neft Fondunun İnformasiya Texnologiyaları Əməliyyatları şöbəsinin müdiri Fərhad Kərimov məsələ ilə bağlı bildirib ki, Microsoft şirkətinin Windows 7 əməliyyat  sistemini dəstəkləməməsi cihazı haker hücumları qarşısında gücsüz qoyur: “Şirkətin texniki dəstək göstərməyəcəyi bu sistemdə artıq boşluqlar aşkarlayacaq yenilənmələr də aparılmayacaq. Bu isə Windows 7 əməliyyat sistemini real təhlükə olduğunun göstəricisidir. Windows 7 əməliyyat sisteminin istifadəçiləri hər an bu boşluqları aşkar edən hakerlərin hücumuna məruz qala bilərlər”. 

 

Windows 10 əməliyyat sistemi üçün 4 RAM-ı, i3 prosessoru olan kompüter kifayət edir

 

Fərhad Kərimov qeyd edib ki, ümumilikdə əməliyyat sistemləri və proqramları lisenziya əsasında işlətmək daha doğrudur: “Lisenziyası olan sistemlər şirkət tərəfindən tanınıb təsdiqlənir və ona texniki dəstək verilir. Crack olunmuş lisenziya olduqda isə proqram təminatı daxilində sistemə istənilən yolla dəyişikliyin edilməsi mümkündür. Yəni sistemin kodlarında dəyişiklik aparılır. Bu isə özlüyündə hücum üçün bir nömrəli boşluqdur. Bu boşluqlara görə, istifadəçilərə gələcəkdə kütləvi haker hücumları edilə bilər”.

 

 

Windows 7 hakerlərə gəl-gəl deyir, Windows 10 isə ən etibarlı əməliyyat sistemi hesab olunur

 

“Lisenziyasız istifadə olunan sistemlərə bir nümunə deyim. Məsələn, təsəvvür edin ki, crack olunmuş lisenziya sanki qapısı olub açarla bağlanmayan evə bənzəyir. Bu zaman ev təhlükə altına düşür. Lisenziyası olmayan sistemdən özüm istifadə etmədiyim kimi, heç kimə də məsləhət görmürəm. Windows 7 əməliyyat sistemini əvəzləyəcək başqa, amma etibarlı sistemlərə müraciət etmək lazımdır. Məsələn, Windows 10 əməliyyat sistemindən istifadə etmək üçün 4 RAM-ı, i3 prosesoru olan kompüter kifayət edir”.

 

Zeynəb ƏKBƏR

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox