AZ

Sizi yüksək keyfiyyətli internetlə təmin edəcəyik – Space X yenidən kosmosa peyk partiyasını yollayacaq

22.01.2020 21:00

“Space X” şirkəti Yer kürəsini sürətli internetlə təmin etmək üçün kosmosa xüsusi peyklərini yollayacaq.

 

TED.az xəbər verir ki, “Space X” Yer kürəsini sürətli internetlə təmin etmək məqsədilə 24 yanvar tarixində “Starlink” sisteminin 60 mikropeykini kosmosa yollayacaq.

 

Bundan əvvəl peyklərin kosmosa buraxılması dəfələrlə təxirə salınıb, buna səbəb əlverişsiz hava şəraiti olub.

 

“Starlink” rabitə sistemi əlçatmaz və az məskunlaşmış əraziləri belə, 5G standartına cavab verən saniyədə 1 gigabit sürətli genişzolaqlı İnternetlə təmin edəcək.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox