AZ

Ericsson şirkətinin rəhbəri 5G sənayesinə liderlik etdiklərini bildirdi – Huawei-də gərgin vəziyyət yarandı

23.01.2020 10:15

Bu elan bir qədər gözlənilməz oldu.

 

Ericsson şirkətinin rəhbəri 5G sənayesinə liderlik etdiklərini bildirdi.

 

TED.az xəbər verir ki, bunu şirkətin rəhbəri Borje Ekholm Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib.

 

O, çıxışı zamanı Ericsson şirkətinin nəyə görə 5G sənayesinin lideri olduğunu dəqiq şəkildə aydınlaşdırmayıb.

 

Güman olunur ki, Borje Ekholm yeni şəbəkələrin tətbiqi zamanı 5G avadanlıqlarından istifadə intensivliyinə, bağladıqları müqavilələrin sayına, 5G-nin inkişaf səviyyəsinə və ya patentlərin sayına görə liderliyi nəzərdə tutub.

 

 

Bu gün 5G sənayesinin əsas oyunçuları Huawei, Nokia, Ericsson və bir neçə şirkət hesab olunur. Huawei və müxtəlif KİV-lər məhz bu şirkətin 5G-yə dair müqavilə sayı baxımından, eləcə də sözügedən şəbəkə avadanlıqlarının tədarükünə görə liderlik etdiyini təsdiqləyir.

 

Qeyd edək ki, Azərbaycanın mobil operator şirkəti Azercell və Ericsson arasında "Bakutell 2019" sərgisi çərçivəsində rəqəmsal memorandum imzalanıb. Memorandumun məqsədi 5G-nin əhatə dairəsini genişləndirmək və inkişaf etdirməkdir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox