AZ

Daha 4 ərazi üzrə işıqforların fəaliyyətində dəyişikliklər edilib – FOTO

23.01.2020 11:52

Nəqliyyat axınının idarə olunması, sıxlıqların aradan qaldırılması məqsədilə işıqforların vaxt planlarının təhlili, nəqliyyat axınına uyğun olaraq vətəndaşların da müraciətləri nəzərə alınmaqla daha 4 ərazi üzrə araşdırmalar aparılıb və müvafiq dəyişikliklər icra edilib.

 

Bu barədə TED.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, sözügedən dəyişikliklər çərçivəsində Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində əlavə daimi sağ dönmə bölməsi quraşdırılıb.

 

Bundan başqa, Süleyman Sani Axundov küçəsinin Şövkət Məmmədova küçələrinin kəsişməsində əlavə daimi sağa dönmə bölməsi quraşdırılıb. Həsən bəy Zərdabi küçəsinin İsmayıl Talıblı küçəsi ilə kəsişməsində isə işıqforun vaxt planına dəyişiklik edilib. Eyni zamanda, İlqar Əhlimanov və Elman Qasımov küçələrinin kəsişmələrində əlavə sağ dönmə bölməsi çıxarılıb.

 

İlkin müşahidələrə əsasən, edilən dəyişikliklər qeyd edilən yol kəsişmələrində nəqliyyat şəraitinin yaxşılaşmasına səbəb olub, nəqliyyat növbəsinin uzunluğu 50-80%-ə qədər azalıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox