AZ

Sumqayıt Kimya Sənaye Parkında avtomobil akkumulyatorlarının istehsalı planlaşdırılır

b44ea52ecb1db154443ea60cdf10e3e1.jpg
23.01.2020 11:58

Sumqayıt Kimya Sənaye Parkında yeni rezident – “Azmonbat” MMC qeydiyyata alınıb.

 

TED.az xəbər verir ki, bununla da sənaye parkının rezidentlərinin sayı 21-ə çatıb.

 

“Azmonbat” MMC sənaye parkının ərazisində qabaqcıl texnologiyaların tətbiqi ilə qurğuşun turşulu akkumulyator batareyaların utilizasiyasını həyata keçirəcək.

 

Layihəyə əsasən, yaradılacaq müəssisədə utilizasiya nəticəsində polipropilen, polietilen, qurğuşun lövhə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə ediləcək.

 

MMC gələcəkdə parkın ərazisində avtomobil akkumulyatorlarının istehsalı müəssisənin yaradılmasını da nəzərdə tutur.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox