AZ

Global Game Jam müsabiqəsi keçiriləcək – müsabiqə eyni anda 113 ölkədə reallaşacaq

f13b5cd45e5ff101c1ac570d4557dc54.jpg
23.01.2020 12:10

Tədbir eyni anda 113 ölkədə 860 fərqli məkanda reallaşacaq.

 

31 yanvar – 2 fevral tarixlərinlərində Azərbaycanda ilk dəfə Global Game Jam müsabiqəsi təşkil olunacaq.

 

TED.az xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycandakı oyun qurucuları cəmiyyətini yaratmaq, inkişaf və dünyaya inteqrasiya etdirməkdir. 48 saat davam edəcək tədbirdə iştrakçılar tərəfindən eyni mövzuya aid fərqli oyunlar hazırlanacaq.

 

Müsabiqə mövzusu bütün dünyada eyni vaxtda elan olunacaq. İştirakçılar dəyərli hədiyyələr və təcrübə əldə edəcəklər. Tədbirin tərəfdaşları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SUP.VC,  Nextstep İnnovasiya Mərkəzi, INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi və Vriendly-dir.
 

Müsabiqəyə qatılmaq üçün  bu LİNK vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.

 

Qeyd edək ki, qeydiyyat ödənişsizdir.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox