www.rabita.az saytı yeniləndi
Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin rəsmi internet saytı yenilənib. www.rabita.az domen ünvanında fəaliyyət göstərən saytın məzmunu və dizaynı dəyişib.
TED.az xəbər verir ki, saytda “Məhsullar”, “Xidmətlər” menyusu, həmçinin Məlumat Hesablama Mərkəzi ilə bağlı xəbərlər, press-relizlər yerləşdirildiyi “Media” bölməsi var. Həmçinin saytda “Smartpay” ödəmə sistemi və “Mobil Cihazların Qeydiyyat Sistemi” ilə bağlı xidmətlərdən istifadə etmək üçün xüsusi bölmə yaradılıb. Bununla yanaşı, Məlumat Hesablama Mərkəzinə aid olan e-imza.az, opendata.az, azdatacom.az saytlarına da keçid qoyulub.
Sayt Azərbaycan və ingilis dilində fəaliyyət göstərir.
Saytda Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan 7 xidmət (e-İmza, SmartPay, SmartCell, AzDataCom, Billinq Sistemi, Açıq Məlumatlar Portalı, Veb saytların və Mobil Tətbiqlərin Yaradılması) və hal-hazırda istifadəçilərin ixtiyarına verilən 15 məhsul (AzDoc, e-Kadr, e-Arxiv, Danışan Kitabxana, Vahid Nömrə Satışı, “Azcall” Çağrı Mərkəzi, Somar Satış Proqramı, Mobil Nömrədaşıma Xidməti, Cərimələrin Yığım Sistemi, Müraciətlərə Nəzarət Sistemi, Müraciətlərə Nəzarət Sistemi, MCQS (Mobil Cihazlar Qeydiyyat Sistemi), Müqavilələrin Elekron Qeydiyyatı Sistemi, “ABACUS” (Mərkəzləşdirilmiş İanə Sistemi), POÇTAP (İtirilmiş Sənədlərin Axtarış Sistemi), ARİS (Avtomatlaşdırılmış Rabitə İdarəetmə Sistemi), Mobil cihazların qeydiyyat sistemi (İMEİ)) təqdim edilir.
45 ildən artıqdır fəaliyyət göstərən Məlumat Hesablama Mərkəzi informasiya texnologiyalarının bir çox istiqamətlərini əhatə edən yeni həllər yaradır. Həmçinin ölkə əhəmiyyətli bir neçə layihənin rəqəmsal operatorudur.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Həftənin ən çox oxunanları
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










