Avtomobil sürərkən bel ağrısının qarşısını necə almaq olar?
Bel ağrısı az hərəkətli və ya oturaq həyat tərzi keçirən insanlar üçün ən çox rast gəlinən hallardan biridir.
Ancaq bir şəxs avtomobil, xüsusilə yük avtomobilini idarə edirsə, daha ciddi problem yaranır. Uzun yol yolçuları olan yük maşınlarının sürücüləri ayağa qalxmaq və bir az yerimək, əzələlərini gərmək üçün heç bir fürsətə sahib deyillər. Digər tərəfdən bel ağrısı həddindən artıq fiziki yüklənmə ilə əlaqələndirilə bilər, onda avtomobil sürücüləri üçün bu, peşəkar xəstəlik halına gəlir. Buna görə də, oturaq həyat tərzi keçirən hər kəs bel və onurğanı daim işlək vəziyyətdə saxlamaq üçün müəyyən qaydalara riayət etməlidir.
TED.az məlumat verir ki, ən çox bel ağrısına səbəb olan risk faktorları bunlardır:
- Oturan zaman yanlış pozanı seçmək;
- Bədənin uzun müddət eyni vəziyyətdə olması;
- Silkələnmə və titrəməyə məruz qalma;
- 20 kq-dan çox ağır əşyaları qaldırılması.
Gün boyu kürəyinizi daima düz vəziyyətdə saxlamaq alınmayacaq, çünki bu, insanı çox tez yorur, yolu müşahidə etməkdən yayındırır və beldəki ağrıları daha da kəskinləşdirir. Həkimlərin məsləhəti - daha optimal və səmərəli yol, oturacağı özünüz üçün düzgün tənzimləmək olacaq. Bu, ilk və əsas məsləhətdir.
Oturacaqların tənzimlənməsi
Avtomobildə gedərkən özünüzü rahat hiss etmək üçün aşağıdakı addımları yerinə yetirməlisiniz:
- Ayaqlarınızı yerə qoyun və oturacaq hündürlüyünü elə tənzimləyin ki, dizləriniz düzbucaq altında olsun. Bu vəziyyətdə, dizlər ombadan daha yüksəkdə olmamalıdır;
- Oturacağa bel üçün quraşdırılmış xüsusi taxma söykənəcək almağa dəyər. O, lazımi rahatlıq səviyyəsini təmin edəcək və belə dəstək verəcək. Bel nahiyəsinə dəstək əyilməni minimuma endirəcək, silkələnmə və titrəmənin təsirini azaldacaq.
- Oturacağın düzgün tənzimlənməsi xüsusilə vacibdir. Sürücü kürəyini oturacağa söykəməlidir.
- Bundan əlavə, oturacaqlar da pedallara uyğunlaşdırılmalıdır. Bunun üçün əyləc pedalı sağ ayaqla sıxılır. Bu vəziyyətdə oturacaqlar dizlər təxminən 120 dərəcə bucaq altında əyilənə qədər tənzimlənməlidir.
- Oturacağın yuxarı hissəsi bir az arxaya əyilmiş şəkildə olmalıdır. Əgər oturacağı düz şaquli qoysanız, bu, beldə və başda ağrıya səbəb olacaqdır.
- Sükanın tənzimlənməsi elə aparılmalıdır ki, sürücünün əlləri saat əqrəbində 10 və 2-ni göstərsin, dirsəklər qatlandıqda bədənin yanında yerləşsin.
- Güzgülər elə bir şəkildə düzəldilməlidir ki, onlara baxarkən lazımsız hərəkətlər və əyilmələr etmək lazım gəlməsin.
Nəticə...
Yuxarıda göstərilən hərəkətləri yerinə yetirməklə birgə, sükan arxasında çox vaxt sərf edənlər üçün yaxşı bir seçim, bel üçün xüsusi geyimin alınmasıdır. O, bədənə möhkəm şəkildə uyğunlaşır və duruşdakı qeyri-dəqiqliklərin düzəldilməsini təmin edir ki, bu da bel ağrısını azaldır.
Şəfiqə RƏŞİD
TED + bölməsindən digər xəbərlər
App Store işi partladı: 2 milyard dollarlıq apelyasiya!
Xpeng P7+ Rəsmi Təqdim Edildi: Dizayn Budur
Tesla iPhone İnteqrasiyasını Təkmilləşdirir!
Oppo Reno 15 Pro Mini Gəlir!
Yeni Avatar Filmi Rekordlar Qırmağa Davam Edir!
Huawei Çip Strategiyasını Dəyişiklik Edir!
Xiaomi 17 Ultra Leica Edition sınaqdan keçirildi!
OPPO Find X9s ikili 200 meqapiksellik kamera ilə gələcək!
Samsung Xərcləri Nəzarət Etməyə Çalışır!
Xiaomi 17 Seriyasına Yeni Model Gələ Bilər!
XPeng 2026-cı ildə Bazar Payını Artırmağı Məqsəd Edir!
Galaxy Buds 4 Pro Tezliklə!
Yeni iPhone Pro Telefon Sənayesini Necə Dəyişdirəcək?
LG Canvas-Look Televizorunu Təqdim Edir
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Həftənin ən çox oxunanları
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Xiaomi 17 Seriyasına Yeni Model Gələ Bilər!
Xiaomi 17 Ultra Leica Edition sınaqdan keçirildi!
Oppo Reno 15 Pro Mini Gəlir!
XPeng 2026-cı ildə Bazar Payını Artırmağı Məqsəd Edir!
Galaxy Buds 4 Pro Tezliklə!
Samsung Xərcləri Nəzarət Etməyə Çalışır!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD


