Saxta telefon satıcıları məsuliyyətə cəlb oluna bilər – mütəxəssis alıcılara xəbərdarlıq etdi: Bunlara diqqət etmək lazımdır

Aldığınız telefonun saxta olduğunu heç düşünmüsüzmü? Saxta telefon istehsalçıları telefonun orijinalına çox yaxın replikalar hazırladığından, ilk baxışdan ayırd etmək mümkün olmaya bilər.
Maraqlıdır, saxta telefonu orjinalından necə fərqləndirmək olar?
Sahə üzrə mütəxəssis İlkin Quluzadə TED.az-a açıqlamasında bildirib ki, saxta telefon orjinalından ən bəsit üsulla desək, xarici görüşü ilə seçilir: “İstifadəçilərin ustalara ən çox müraciəti telefonun konnektor (şarj hissəsi), dinləmə, danışma hissəsinə və nömrə yerinin pozulmasına görə olur. Ən əsas fərqlilik isə onların menyusunda olur. Bəzən alıcılar hesab edir ki, saxta ehtiyyat hissələri orjinal telefona yerləşdirilə bilər. Heç vaxt Samsung Galaxy A50 markalı telefona Samsung S7550-nin ehtiyat hissələrini quraşdırmaq olmaz, bu mümkünsüzdür. Hər bir insanın spesifik xüsusiyətləri olduğu kimi, telefonların da özünəməxsus detalları var. Lakin elə telefonlar olur ki, onların bəzi ehtiyat hissələri eyni olur. Bu zaman həmin telefonların təmiri zamanı Çinin saxta ehtiyat hissələrindən istifadə etmək mümkün olur”.
İlkin Quluzadə qeyd edib ki, saxta telefonu orjinalından seçmək olduqca asandır: “Lakin telefonların ehtiyat hissələrinin saxtalığı çox vaxt mütəxəssisləri belə aldadır. Telefonun ən çox konnektor və qulaqcıq hissəsini seçmək çətindir”.
“Bəzən alıcılar orjinal telefonla Dubaydan gətirilən telefonu fərqləndirməkdə çətinlik çəkirlər. Dubay telefonları olduqca kobud və çəkisinə görə ağır olur. Əsas fərq isə onun ölçülərində olur. Yəni Dubaydan gətirilən telefon modeli orjinalından 1 santimetr və ya millimetr də olsa, fərqlənir”, – deyə mütəxəssis əlavə edib.
Vəkillər Kolegiyasının üzvü, hüquqşünas Roman Qaraşov bildirib ki, bu məsələ istehlakçıların hüquqlarının pozulması haqqında qanun, alqı-satqı ilə bağlı iddialar və İnzibati Xətalar Məcəlləsinə əsasən tənzimlənir: “Saxta alqı-satqı ilə məşğul olanlar İnzibati Xətalar Məcəlləsinə əsasən istehlakçını aldatma, keyfiyyətsiz mal satma məsuliyyətinə cəlb olunurlar. İstehlakçını heç bir halda aldatmaq olmaz. Əgər satılan mal orjinal deyilsə və ya satıcı onu istehsal edən firma, gətirildiyi ölkə haqqında yanlış məlumat verirsə, bu, istehlakçını aldatmaq sayılır. Təbii ki, hər bir satıcının lazımi keyfiyyətdə mal vermək öhdəliyi var. Əgər satıcı orjinal mal satdığına iddialıdırsa, onun sənədlərini alıcıya verməyə məcburdur. Bu sənədlər ən əsası telefonda hansısa problem olduğu zaman alındığı yeri dəqiqləşdirmək üçün vacibdir”.
Roman Qaraşov qeyd edib ki, istehlakçını aldadan şəxs satdığı malın qiymətini alıcıya geri qaytarmalıdır: “Məsələn, əgər telefonun qiyməti 3 min manatdırsa, istehlakçı istehsalçıdan ancaq həmin məbləği tələb edə bilər. Eyni zamanda istehlakçı həmin müəssisəni məhkəməyə verə bilər. Belə olduğu halda istehsalçı həm mülki məsuliyyət daşıyır, həm də inzibati cərimə olunur. Hətta elə ola bilər ki, satılan məhsula görə, mənəvi məsuliyyət də daşına bilər. İstehlakçı yorğunluq və telefon təmirinə xərclədiyi vaxtı da əlavə etsə, istehsalçı mənəvi məsuliyyətə də cəlb oluna bilər. Qanun buna imkan versə də, işləmə mexanizmi zəifdir”.
Nuranə DAXİLQIZI
QARABAĞ bölməsindən digər xəbərlər
Huawei Nova Flip S təqdim olundu


Galaxy S26 Pro haqqında yeni iddialar!


Sony Xperia 1 VIII eSIM verilənlər bazasında görünür


Xiaomi 18 seriyası sızdırıldı


Oppo Watch S elan etdi


M5 çipli Mac kompüterləri tezliklə təqdim ediləcək


Ən son Volkswagen Touareg təqdim olundu


Pinterest AI tərəfindən yaradılan məzmunu məhdudlaşdırır.


Samsung dörd Galaxy modeli üçün proqram dəstəyini dayandırdı!


Yaponiya OpenAI-a qarşı çıxır!


Microsoft Edge-də təhlükəsizlik zəifliyi aşkar edilib!


Samsung dörd model üçün One UI 8 yeniləməsini buraxır!


Mac üçün Face ID yoldadır


OnePlus AI inteqrasiyası ilə OxygenOS 16-nı elan etdi!


Huawei Nova 14 Vitality Edition elan edildi!


Formula 1 yayımları Apple TV-yə keçir?


Qatlana bilən iPhone ilə bağlı şok inkişaf!


ChatGPT sosial media platformasına çevrilirmi?


Süni intellekt seçdi - Gülşən Hacıyeva “Zeekr 001” qazandı!


Toyota yeni proqram platformasını elan etdi


Samsung rekord gəlir əldə edə bilər


Google-un Sora-ya cavabı: Veo 3.1 daha bacarıqlıdır


YouTube qəzası: Milyonlarla insan videolara daxil ola bilmir


M5 MacBook Pro adaptersiz satılacaq


M5 MacBook Pro adaptersiz satılacaq


Android telefonlarında fotoşəkilləri axtarmaq əngəli sona çatdı


Xiaomi geyilənlər bazarının lideri oldu


Galaxy Mağazası inkişaf etdi


Həftənin ən çox oxunanları
Apple iOS 26.1 beta 3-ü buraxdı

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi


Google Chrome lazımsız bildirişlərə son qoyur


Wonder Man serialının ilk treyleri yayımlanıb


Galaxy Buds 4-ün dizaynı bizi təəccübləndirəcək


OpenAI-nin məlumat siyasəti məhkəmənin qərarından sonra dəyişdi


7-Zip proqram təminatındakı kritik boşluq yamalanıb


Xiaomi 17 Ultra təəccüblü bir xüsusiyyət təqdim edir


Apple, Clips üçün dəstəyi dayandırdı


Minlərlə insan Elon Maskın beyin çipini almaq üçün növbə gözləyir

