AZ

Ölkəmiz data axını istiqamətində qlobal gündəliyin formalaşmasında daha yaxından iştirak edəcək – AÇIQLAMA

346e76794c75d6a8fbe194d330111ddc.jpg
23.01.2020 16:05

"Dördüncü sənaye inqilabı müxtəlif sahələrdə - süni intellekt, robototexnika, dəqiq səhiyyə, əşyaların interneti, elektron ticarət, data axınları və s. əhatə edir. Azərbaycan sözügedən sahələrdə, xüsusən, rəqəmsal ticarət və sərhədlərarası data axını istiqamətində qlobal gündəliyin formalaşmasında daha yaxından iştirak edəcək".

 

TED.az xəbər verir ki, bu sözləri "Real TV"nin efirində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

 

O əlavə edib ki, Azərbaycan bu prosesdə sadəcə iştirakçı deyil, dördüncü sənayə inqilabının gündəliyinin formalaşmasında rol oynayan dövlətdir: "Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun prezidenti "Azərbaycan dördüncü sənayə inqilabını ən yaxşı qarşılayan ölkələrdən biridir" ifadəsini işlədib".

 

İcraçı direktor xatırladıb ki, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə komissiyası Azərbaycanı Ticarətin asanlaşdırılması və kağızsız ticarət üzrə hesabatda Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyada birinci yerə layiq görüb: "Ölkəmiz mümkün 100 baldan 82-ni toplamışdı. Azərbaycanda son illər ticarətin asanlaşdırılması, liberallaşdırılması, Yaşıl dəhlizin tətbiqi diqqət çəkir. Dünyada Böyük Britaniyadan sonra ikinci rəqəmsal ticarət qovşağının yaradılması, Estoniyadan sonra ikinci dəfə elektron rezidensiyanın, dünyada ilk mobil rezidensiyanın Azərbaycana verilməsi, dünyada ilk dəfə vahid onlayn ixrac ərizəsinin məhz burada tətbiq olunması, regional elektron ticarət portalı kimi "Azexport"un təqdimi xüsusi qeyd edilməlidir".

 

Cavid QƏDİR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox