AZ

3 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirildi

6ade3f6e6ac318923823125a4d7bccc6.jpg
23.01.2020 16:20

Daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq, 3 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

 

Bakı Nəqliyyat Agentliyindən TED.az-a verilən məlumata görə, 117 nömrəli müntəzəm marşrut xətti üzrə edilən dəyişikliyə əsasən, avtobuslar Salyan şosesindən keçməklə Lökbatan Nəqliyyat Mübadilə Mərkəzinə hərəkət edəcəklər. Binə və Sədərək ticarət mərkəzlərini birləşdirən yolun vəziyyəti qənaətbəxş olmadığından avtobusların burdan keçməsi çətinliklər yaradırdı. Bu hal sərnişinlərin də ciddi narahatlığına səbəb olurdu.

 

185 nömrəli müntəzəm marşrut xətti üzrə edilən dəyişikliyə əsasən isə avtobuslar Yusif Vəliyev – Dadaş Vasif – İsrafil Məmmədov küçələrindən keçməklə hərəkət edəcək.

 

206 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib. Dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar Lökbatan qəsəbəsi “Təzə evlər” adlanan əraziyədək hərəkət edəcək. Bu isə həmin ərazidə yaşayan sakinlərin Elmlər Akademiyası metro stansiyası istiqamətində rahat gediş-gəlişinin təmin edilməsinə imkan verəcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox