AZ

Apple-ın ucuz iPhone modeli mart ayında satışa çıxarılacaq

c7150c431028e9754f0ef7c36f28a0f4.jpg
23.01.2020 17:15

Apple-ın daha kiçik ekranlı iPhone istehsal etmək xəyalı iPhone SE 2 ilə gerçəkləşir. Xüsusilə son dövrlərdə satışın azalması ilə bazara qayıtmaq istəyən Apple iPhone SE 2 modelini daha ucuz edərək satışları artırmağı planlaşdırır.

 

TED.az xəbər verir ki, iPHONE SE2 iPHONE 9 kimi satışa çıxarıla bilər.

 

Bu il satışa çıxarılacağı gözlənilən yeni iPhone modeli, iPhone 8-in yenilənmiş versiyası olacaq. Şirkət buna görə iPhone 9 adı altında yeni iPhone modelini satışa çıxara bilər.

 

Yeni çıxan hesabata görə Apple əlverişli yeni iPhone modelini gələn ilin mart ayında satışa çıxaracaq. Şirkət telefon istehsalını Foxconn, Pegatron və Winstron şirkətləri arasında bölüşəcək.

 

İPhone 11 modellərində istifadə olunan A13 prosessoru ilə təchiz ediləcək iPhone 9 modellərinin 3GB operativ yaddaşa sahib olacağı gözlənilir. 4.7 düymlük LCD ekranı ilə görünəcəyi gözlənilən telefonun arxa tərəfində tək kameraya olacaq.

 

Telefonun 399 dollardan başlayan qiymətlərlə satışa çıxacağı gözlənilir.

 

 

 

 

iPhone 9 modeli xüsusilə iPhone 11-in qiymətini yüksək hesab edən  və köhnə iPhone modellərini yeniləmək istəyən istifadəçilər üçün yaxşı bir seçim ola bilər.

 

Boz, gümüşü və qırmızı rəngdə satışa çıxarılacağı gözlənilən telefonların Azərbaycanda satışına gəlincə isə Alma Store-dan bildirildi ki, haqqında danışılan yeni modelin şirkət tərəfindən rəsmi prezentasiyası olmadığına görə onlarda bu barədə dəqiq məlumat yoxdur.

 

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox