AZERCELL: Hazırda 8 sayda 5G baza stansiyası quraşdırılıb
Azercell radiobaza stansiyalarının sayını üç minə çatdırdı
Azercell Telekom 2018-ci ilin noyabrından 2019-cu ilin sonuna qədər ölkə boyu 4G şəbəkəsinin coğrafi əhatəsini 366% artıraraq əhali əhatəsində 120% yüksəlişə nail olub.
TED.az xəbər verir ki, ümumilikdə, daha keyfiyyətli, daha çox tutuma malik və yeni texnologiyaların tətbiqinə hazır şəbəkənin təqdim edilməsi məqsədilə qeyd olunmuş müddət ərzində bütün ölkə üzrə toplam 1617 yeni radiobaza stansiyası quraşdırılıb ki, onların da 1217-ni 4G şəbəkəsi üzərindən çalışan saytlar təşkil edir. Beləliklə, Azercell şirkətinin ümumi stansiya sayı 2956-ya çatdı. Şəbəkə keyfiyyətinin yüksəldilməsi, həmçinin, istifadə həcminin də artmasına şərait yaratdı. Azercell şəbəkələri vasitəsilə ötürülən internet trafikinin həcmi 304% artdı. Xatırladaq ki, “Systemics” Avropa şirkətinin Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi Azercell-in ölkənin bütün bölgələrində 4G xidmətlərinin ən yüksək keyfiyyət təmin etdiyini təsdiqləyib.
Azercell ölkədə 5G şəbəkəsinin test rejimində istifadəyə verilməsini həyata keçirən ilk operator oldu. Hazırda 8 sayda 5G baza stansiyasını quraşdıraraq, mobil operator paytaxtın mərkəzi - Fəvvarələr Meydanı və Nizami küçəsinin bir hissəsini test rejimində yeni nəsil şəbəkəsi ilə əhatə etdi və yaxın gələcəkdə həmin xidmətin tam şəkildə istifadəsini təmin etmək niyyətindədir. Nəzərinizə çatdırmaq istərdik ki, 5G texnologiyası mobil İnternet təkamülünün növbəti mərhələsi olaraq, müştərilərə tamamilə yeni xidmət səviyyəsi və imkanlar təqdim edir. Belə ki, ən yeni nəsil şəbəkəsi supersürət, inanılmaz minimal gecikmə təminatı ilə birgə, yeni sənaye sahələrinə inkişaf etmiş performans, səmərəlilik və minimuma endirilmiş istehsal xərcləri kimi imkanları bəxş edəcək. Bundan əlavə, IoT texnologiyalarının (Əşyaların İnterneti) genişləndirilməsi ehtimalını nəzərə alaraq, yeni nəsil şəbəkəsi öz-özünü idarə edən nəqliyyat vasitələri və uzaqdan idarə olunan cərrahiyə prosesini reallığa çevirəcəkdir.
Qeyd edək ki, 5G şəbəkəsinin inkişaf etdirilməsi ilə yanaşı, Azercell 2020-ci ildə də ölkə sakinlərini yüksək keyfiyyətli mobil şəbəkə ilə təmin etmək məqsədilə regionlarda 4G şəbəkəsinin genişləndirilməsini davam etdirəcək.
Texnologiya bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















