Gənclər üçün rəqəmsal texnologiyalardan səmərəli istifadə mövzusunda seminar keçiriləcək
Gənclər Fondunun maliyyə dəstəyi, Bakı Mühəndislik Universitetinin Texnoparkı və İnnovasiya mərkəzinin, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) təşkilati dəstəyi ilə "Gənclərin rəqəmsal texnologiyalardan səmərəli istifadəsi yolları" layihəsi keçiriləcək.
TED.az xəbər verir ki, layihənin əsas məqsədi trend sayılan Digital Twin texnologiyasının gənclərimiz arasında təbliği, onun yaratdığı geniş imkanların çatdrılması, texnoloji problemlərə innovativ həllərin tapılması, yeni texnologiyalarla gənclərin işləmə qabiliyyətinin formalaşdırılması, ən əsası ölkənin sürətlə inkişaf edən sənaye texnologiyasına töhfə verməkdir.
Layihə çərçivəsində texnologiya ilə yaxından maraqlanan, təməl mühəndislik biliklərinə malik tələbələr, sənayedə çalışan gənclər, şəxsi biznesini qurmaq istəyən, startup ilə məşğul olan, yaşı 16-29 aralığında olan gənclər üçün "Digital Twin" texnologiyaları və "Digital Twin" texnologiyasının Matlab proqram təminatında istifadəsinə dair nəzəri və praktiki seminar təşkil ediləcək.
Qeyd edək ki, yeni texnologiya özündə bir sıra trendləri birləşdirir: maşın öyrənməsi (machine learning), süni intellekt (artificial intelligence). Layihəyə 75 nəfər iştirakçı seçiləcək.
Layihə məkan olaraq Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universitetində reallaşacaq.
Layihədə iştirak etmək üçün bu LİNK vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat yanvar ayının 28-də yekunlaşacaq.
Elm bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











