AZ

Azərbaycanda LED tipli reklam qurğularının çoxalması operatorların gəlirlərini artıracaq – AÇIQLAMA

6ce39abcb41f491b233e93d5f97f3c66.jpg
24.01.2020 09:41

“Bu il Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən reklam daşıyıcıları istehsalının təkmilləşdirilməsi istiqamətində müvafiq addımlar atılacaq. Agentliyin tabeliyində fəaliyyət göstərən istehsal müəssisəsi yeni nəsil reklam qurğularının keçən ildən başlanan istehsal prossesini daha da inkişaf etdirəcək. ADRA-nın təşəbbüsü ilə Bakıda əldə olunan razılığa əsasən, Çinin “Shenzhen GCL Electronics” şirkəti müəssisəni LED panelləri ilə təmin edəcək. Bu da hər bir LED tipli reklam qurğusunun yerli istehsal xərcini ölkəyə idxal xərcindən daha ucuz edəcək. Ölkədə LED tipli reklam qurğularının sayının artması reklam operatorlarının da gəlirlərini artıracaq, reklam bazarının genişlənməsi üçün stimul yaradacaq”.

 

Bunu TED.az-a açıqlamasında ADRA-nın mətbuat katibi Hüseyn Azəri deyib.

 

 

Hüseyn Azəri bildirib ki, reklamvericilər üçün daşıyıcıların müasirliyi ilə yanaşı, reklamın effektivliyi barədə də məlumat almaq önəmlidir: “Bu məqsədlə mümkün ərazilərdə reklamların effektivliyinin ölçülməsi və nəticələr barədə sahibkarların məlumatlandırılması da qarşıya qoyulan hədəflərdəndir. Effektivlik indeksi beynəlxalq səviyyədə əsasən müəyyən vaxt ərzində reklam daşıyıcısı yaxınlığından keçən avtomobil və piyadaların sayı, həmçinin reklamın görünməsi imkanını əks etdirir. Bu məlumatların yığılması və emal olunması müşahidə kameraları, həmçinin onlara aid xüsusi proqram təminatı vasitəsilə mümkün olacaq”.

 

Zeynəb ƏKBƏR

 

TED + bölməsindən digər xəbərlər

Daha çox