Azərbaycanda LED tipli reklam qurğularının çoxalması operatorların gəlirlərini artıracaq – AÇIQLAMA
“Bu il Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən reklam daşıyıcıları istehsalının təkmilləşdirilməsi istiqamətində müvafiq addımlar atılacaq. Agentliyin tabeliyində fəaliyyət göstərən istehsal müəssisəsi yeni nəsil reklam qurğularının keçən ildən başlanan istehsal prossesini daha da inkişaf etdirəcək. ADRA-nın təşəbbüsü ilə Bakıda əldə olunan razılığa əsasən, Çinin “Shenzhen GCL Electronics” şirkəti müəssisəni LED panelləri ilə təmin edəcək. Bu da hər bir LED tipli reklam qurğusunun yerli istehsal xərcini ölkəyə idxal xərcindən daha ucuz edəcək. Ölkədə LED tipli reklam qurğularının sayının artması reklam operatorlarının da gəlirlərini artıracaq, reklam bazarının genişlənməsi üçün stimul yaradacaq”.
Bunu TED.az-a açıqlamasında ADRA-nın mətbuat katibi Hüseyn Azəri deyib.
Hüseyn Azəri bildirib ki, reklamvericilər üçün daşıyıcıların müasirliyi ilə yanaşı, reklamın effektivliyi barədə də məlumat almaq önəmlidir: “Bu məqsədlə mümkün ərazilərdə reklamların effektivliyinin ölçülməsi və nəticələr barədə sahibkarların məlumatlandırılması da qarşıya qoyulan hədəflərdəndir. Effektivlik indeksi beynəlxalq səviyyədə əsasən müəyyən vaxt ərzində reklam daşıyıcısı yaxınlığından keçən avtomobil və piyadaların sayı, həmçinin reklamın görünməsi imkanını əks etdirir. Bu məlumatların yığılması və emal olunması müşahidə kameraları, həmçinin onlara aid xüsusi proqram təminatı vasitəsilə mümkün olacaq”.
Zeynəb ƏKBƏR
TED + bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











