AZ

Texnologiya çamadandadır – istədiyində genişlənir, telefon üçün şarj vasitəsi olur, harda olduğu haqqında siqnal ötürür

7b2ed454e818d696979721973db19715.jpg
24.01.2020 10:40

Uzun səyahətlərimizdə yanımızdan ayrmadığımız çamadanlar üçün əhəmiyyətli dəyişikliklər olacaq. Əlbəttə ki, texnologiya ilə hər şey dəyişir. Artıq çamadanlar da texnologiyadan öz paylarını alacaqlar.

 

TED.az xəbər verir ki, bir çox texnologiya markası öz xüsusi çamadanlarını hazırlayır və hamısı fərqli bir xüsusiyyətə malikdir.

 

 

 

 

Məsələn, bu uzaqdan baxıldığında sıradan bir çamadana bənzəyir; ancaq işin əsli heç də elə deyil!

 

 

Bu çamadanı istənilən düz səthə qoyun. Çamadanın ölçüsünün getdikcə dəyişdiyinin şahidi olacaqsınız. Bu texnologiya vasitəsilə böyüyən bir çamadandır. Addım-addım genişlənən çamadan, istədikdə böyük və ya kiçik ölçülərə görə dəyişir. Üstündə GPS olduğu üçün çamadanın hər an harada olduğunu görə bilərsiniz. Beləliklə, son texnologiya ilə çamadanınızı itirmək şansınız azdır.

 

 

 

Çamadan telefonunuzu da doldura bilər. Əlbəttə ki, yol boyu şarj problemi ilə üzləşən sərnişinlər üçün bu çox vacib bir xüsusiyyətdir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox