AZ

Bu nazirliyin elektron xidmətlərindən istifadə edənlərin sayı 1,5 milyonu ötüb – AÇIQLAMA

8a28db213c6acc7197bb1d47d6821984.png
24.01.2020 11:05

"Ötən il Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sisteminə yerləşdirilən məlumatların sayı 21,5% artıb".

 

TED.az xəbər verir ki, bunu qurumun Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov deyib.

 

 

 

 

O vurğulayıb ki, kreditor hüquqlarının daha rahat şəkildə məhkəmədən kənar qaydada həyata keçirilməsini mümkün etmiş notariusun icra qeydinin avtomatlaşdırılması nəticəsində 10 000-dən artıq müraciətin elektron qaydada icraya yönəldilməsi təmin olunub.

 

İdarə rəisi bildirib ki, “ASAN xidmət” mərkəzlərində göstərilən ədliyyə xidmətləri səsləndirilərək qeydiyyat əməliyyatlarının 15,9%, notariat əməliyyatlarının isə 32,3% artmaqla bu mərkəzlərdə verilmiş sənədlərin xeyli hissəsini təşkil edib: "2019-cu ildə Şamaxı, Tovuz, Kürdəmir “ASAN xidmət” mərkəzlərində ədliyyə xidmətlərinin təşkili məqsədi ilə müvafiq kadrların seçilib və qurumların zəruri texniki kommunikasiya və informasiya resursları ilə təmin olunub".

 

İ.Məmmədov notariusların fəaliyyətinin daha səmərəli şəkildə təşkili üçün yeni imkanların yaradılması, əhalinin məsafədən xidmətlərə tələbatını nəzərə alan notariat prosedurlarının müəyyən edilməsi, rəqəmsallaşma dövründə elektron notariatın geniş tətbiqinin hüquqi əsaslarını müəyyən edən, “Notariat haqqında” qanuna edilmiş institusional dəyişiklikləri Azərbaycan notariatının yeni inkişaf mərhələsi kimi qiymətləndirib.

 

 

 

 

Nazirlik rəsmisi, həmçinin ədliyyə xidmətlərinə əlçatanlığın təmin edilməsi məqsədini daşıyan hava limanında quraşdırılmış və məsafədən fasiləsiz xidmət göstərən elektron ədliyyə köşkünün, “Mobil notariat” proqramı, bu proqram çərçivəsində tətbiq olunan mobil notariat qovluğu və ədliyyə işçilərinin peşə bayramı günündə əhalinin istifadəsinə verilmiş mobil etibarnamə xidmətlərinin vətəndaş məmnunluğunun təminində əhəmiyyətini vurğulayıb: "Notariat ofislərinə gələ bilməyən şəxslərə iş və ya yaşayış yerini tərk etmədən notariat xidmətlərindən yararlanması məqsədilə müasir avadanlıqla təchiz olunmuş və “Elektron notariat” informasiya sisteminə birbaşa çıxışı olan xüsusi səyyar çantalar notariusların istifadəsinə verilib".

 

"Baş idarənin təşkil etdiyi elektron xidmətlərdən istifadə edənlərin sayı 1,5 milyonu, mobil tətbiqi telefonlarına yükləmiş istifadəçilərin sayı isə 30 000-i ötüb. Təsadüfi deyil ki, xidmət sahəsində tətbiq olunan innovativ həllərin öyrənilməsi məqsədi ilə Bakıda keçirilən beynəlxalq seminarlar artıq ənənəyə çevrilib", – deyə İ.Məmmədov sonda əlavə edib.

 

 

Cavid QƏDİR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox