AZ

Azərbaycanda ən çox yüklənilən mobil tətbiqlər hansıdır? – SİYAHI

2e75fc918aa094628648fb790eafc32f.jpg
24.01.2020 14:40

İstifadəçilərə sürətli əməliyyat imkanı təklif edən mobil cihazlar onlar üçün əvəzsiz rol oynayır. Mütəxəssislərin fikrincə, mobil saytlardan fərqli olaraq, tətbiqlər bir çox məlumatı cihaz yaddaşında saxlayır və bir neçə saniyədə istəkləri yerinə yetirir. Bank, mağaza, maliyyə, oyun və xəbərlərlə bağlı olan bəzi proqramlar offline rejimdə də işləyir. Bu isə mobil tətbiqlərə olan marağı artırır.

 

TED.az olaraq Azərbaycanda istifadəçilər tərəfindən ən çox yüklənilən yerli mobil tətbiqlərin siyahısını hazırladıq. Nəticə isə olduqca maraqlı alındı.

 

Siyahıya Kapital Bankın hazırladığı BirBank tətbiqi liderlik edir. Bu tətbiqi Google Play Market-dən 1 milyondan çox istifadəçi yükləyib.

 

Daha sonra yüklənmə sayına görə, Mənim Bakcellim, Azercell Kabinetim, Unibank Mobile, Hesab.az, IBAM Mobil Bank gəlir. Sözügedən tətbiqlər 100 min dəfədən çox yüklənib.

 

Eleven Kings - Football Manager Game, MiilliÖn, Nar+ tətbiqləri 50 mindən çox, Bakcell Ulduzum və Rabitabank tətbiqi isə 10 min dəfədən çox yüklənib.

 

Nəticəyə əsasən, məlum olur ki, Azərbaycanda ən çox yüklənilən tətbiqlər bank, mobil operator və ödəniş sistemləri ilə bağlıdır. 

 

Zeynəb ƏKBƏR

 

TED + bölməsindən digər xəbərlər

Daha çox