AZ

Misir Mərdanovun 2 kitabı Mərkəzi Elmi Kitabxanasının e-kataloquna yerləşdirildi

34ca57165778938c23e9ff8050cc5b95.png
24.01.2020 14:50

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) professor, AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun müəllifi olduğu 2 kitabın elektron versiyaları təqdim olunub.

 

Bu barədə TED.az-a MEK-dən məlumat verilib.

 

Bildirilib ki, “Azərbaycan riyaziyyatçıları” və “Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu 60” kitabları MEK-in e-kataloquna yerləşdirilib və Milli Rəqəmsal Yaddaş bazasına daxil olunub.

 

Kitabların elektron versiyası ilə aşağıdakı linklərdə daha ətraflı tanış ola bilərsiz:

 

Elm bölməsindən digər xəbərlər

Daha çox