AZ

MÜTƏXƏSSİS: iCloud servisi əsl “izləmə alətidir”

dbc50986271e84a2e27ddf4493f87fb1.jpg
24.01.2020 16:42

“iCloud artıq rəsmi olaraq “izləmə alətidir”. Orada saxlanılan tətbiqlərdə (WhatsApp kimi) istifadəçi məlumatlarının yer alması özü bir problemdir”.

 

TED.az xəbər verir ki, bunu Teleqram saytının yaradıcısı Pavel Durov Apple şirkətinin iPhone istifadəçilərinə iCloud-da şifrələnmiş fərdi məlumatlarla bağlı qərarını şərh edərkən deyib.

 

Xatırladaq ki, Apple şirkəti iPhone-dan iCloud-a istifadəçilərin şəxsi məlumatları saxlanılan zaman şifrələnmə tətbiq etməni təsdiqləməyib. Şirkətlə FBI arasında iPhone-un təhlükəsizliyi ilə bağlı aparılan uzun danışıqlardan sonra son şifrələmə planları ləğv edilib. Görünür ki, dünya texnologiya nəhəngi  cinayətkarları qorumaq və ya hökumətdən məlumatları gizlətmək mövzusunda dövlət rəsmilərinin qəzəbinə gəlmək istəməyib.

 

Qeyd edək ki, Apple və FBI rəsmiləri mövcud hadisəni şərh etməkdən imtina ediblər.

 

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox