Rusiya milli əməliyyat sistemini yaradır? – Windows-dan imtina olunur
Rusiyanın Daxili İşlər Nazirliyi Windows-u daxili əməliyyat sistemləri ilə əvəzləyəcəklər.
TED.az xəbər verir ki, bu haqda Rusiya mətbuatı məlumat yayıb.
Microsoft şirkətinin Windows 7-yə dəstəyini dayandırmasından sonra Rusiya hüquq-mühafizə orqanları ona alternativ olacaq Linux bazası əsasında hazırlanan əməliyyat sistemindən istifadə etməyi palanlaşdırır.
Sözügedən nazirlik Rusiya inteqratorunu almaq üçün 1,4 milyard rubl vəsait xərcləyib. Əldə olunan məlumata görə, hüquq – mühafizə orqanları 31 min Astra Linux lisenziyasını, eləcə də sistem bloku və HP monitorları alıb. Ümumilikdə, proqram təminatı üçün 180 milyon rubl xərclənib.
“Hələ ki, Rusiya tam şəkildə milli əməliyyat sistemi ilə təmin edilməyib. Sadəcə Linux bazası əsasında hazırlanmış qurğular var. Rusiyanın milli əməliyyat sistemi Kaspersky Lab və ya başqa bir şirkət bazara məhsul çıxardıqdan sonra yarana bilər. Hələlik isə açıq kodlu soft işlədirik”, – deyə Kompüter və İnformasiya Texnologiya Müəssisələri Birliyinin direktoru Nikolay Komlev deyib.
Texnologiya bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















