AZ

Rusiya milli əməliyyat sistemini yaradır? – Windows-dan imtina olunur

e055601b19f1e5725234a4dcb7c80b29.jpg
24.01.2020 21:16

Rusiyanın Daxili İşlər Nazirliyi Windows-u daxili əməliyyat sistemləri ilə əvəzləyəcəklər.

 

TED.az xəbər verir ki, bu haqda Rusiya mətbuatı məlumat yayıb.

 

Microsoft şirkətinin Windows 7-yə dəstəyini dayandırmasından sonra Rusiya hüquq-mühafizə orqanları ona alternativ olacaq Linux bazası əsasında hazırlanan əməliyyat sistemindən istifadə etməyi palanlaşdırır.

 

 

 

Sözügedən nazirlik Rusiya inteqratorunu almaq üçün 1,4 milyard rubl vəsait xərcləyib. Əldə olunan məlumata görə, hüquq – mühafizə orqanları 31 min Astra Linux lisenziyasını, eləcə də sistem bloku və HP monitorları alıb. Ümumilikdə, proqram təminatı üçün 180 milyon rubl xərclənib.

 

“Hələ ki, Rusiya tam şəkildə milli əməliyyat sistemi ilə təmin edilməyib. Sadəcə Linux bazası əsasında hazırlanmış qurğular var. Rusiyanın milli əməliyyat sistemi Kaspersky Lab və ya başqa bir şirkət bazara məhsul çıxardıqdan sonra yarana bilər. Hələlik isə açıq kodlu soft işlədirik”, – deyə Kompüter və İnformasiya Texnologiya Müəssisələri Birliyinin direktoru Nikolay Komlev deyib.

 

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox