Ofisə yararlı kompüterlər hansı parametrlərə sahib olmalıdır – Mütəxəssis aydınlıq gətirdi
Artıq zaman dəyişib, özü də xeyli… Bir vaxtlar kompüteri olana qeyri-adi baxılırdısa, indi kompütersizləri az qalıblar ki, DİNOZAVRLARIN dövründən qalanlara bənzətsinlər. Görəsən, bu yanaşma doğrudurmu? Kiminə görə hə, kiminə görə yox – burada həqiqəti, doğru olanı ayırd etmək çətindir. Çox asan bir həqiqət var, o da kompüterlərin bizim ən yaxın köməkçimiz olmasıdır. Ofisimizdə, evimizdə, işləyəcəyimiz, hətta dincələcəyimiz və əylənəcəyimiz yerlərdə də kompüterimiz var. Təbii ki, bu KÖMƏKÇİLƏR görünüşünə, xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Heç düşünmüsünüzmü ideal ofis kompüteri necə olmalıdır?
“Ofis üçün ən ideal kompüterin hansı markaya aid olduğunu demək çətindir, həmçinin düzgün deyil. Çünki bir markanın X manatlıq kompüteri, o biri markanın Y manatlıq kompüteri ilə eyni səviyyədə ola bilər və yaxud da eyni qiymətə iki müxtəlif modelin birinin bir parametri yüksək, digərinin başqa parametri zəif ola bilər. Seçim istifadəçidən asılı olaraq dəyişə bilər”.
Bu sözləri TED.az-a açıqlamasında İKT üzrə ekspert Vilayət Mirzəyev deyib.
Mütəxəssis bildirib ki, əgər ofis dediyimiz məkan hansısa şirkətin işçilərinin həmin şirkətin işlərini yerinə yetirdiyi yer anlamındadırsa demək ki, ofis kompüterləri müxtəlif parametrli olacaq: “Bu, şirkətin fəaliyyət istiqamətindən, daxili strukturlarının yerinə yetirildiyi işlərdən, maddi durumundan aslı olan seçimdir. İlkin olaraq, şirkətin fəaliyyət istiqamətindən aslı olan seçimə baxdıqda onun fəaliyyətində kompüter və təşkilatı texnikanın hansı rol oynamasından asılıdır. Məsələn, multimedia və dizayn işləri ilə məşğul olan bir şirkətin fəaliyyətinə baxaq: bu şirkətin fəaliyyətində daha yüksək parametrli (xüsusi gücləndirilmiş videokart, yüksək sürətli əməli yaddaş, daha böyük tutumlu xarici yaddaş, yüksək keyfiyyətli görüntülü böyükekranlı monitor və s.) kompüterlər sayca çoxluq təşkil etməlidir. Növbəti misalda fəaliyyət istiqaməti müştərilərə hansısa xidmət göstərən şirkət düşünək: bu şirkət proqram təminatı olaraq heç də yüksək parametrlər tələb etməyəndir. Belə olan halda yuxarıda qeyd olunan parametrlərə əlavə məsrəflər etməyin heç bir mənası yoxdur”.
Vilayət Mirzəyev qeyd edib ki, büdcəyə uyğun kompüterlərin alınması müştərilərlə iş mərhələsində də xoş görüntü yarada bilərlər: “Çünki hər zaman ofisdən kənar işləmək ehtimalı ola bilər və bu zaman heçdə daha yüksək parametrə sahib olan notbuklara ehtiyac olmayacaq. Yalnız uzun zaman enerji saxlama keyfiyyətinə məxsus olması yetərlidir. Yaxud da hansısa iri şirkətin fəaliyyətini götürün hansı ki, orada fəaliyyət istiqamətləri müxtəlifdir: belə şirkətlərin İT qurumları olur və onların öz İT strategiyaları olur”.
Nuranə DAXİLQIZI
QARABAĞ bölməsindən digər xəbərlər
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Windows 11 Dekabr Yeniləmə Sınağı
200 Meqapikselli Kameralar 2026-cı ildə Trend Ola Bilər!
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Çin Avtomatik Qapı Dəstəklərinə Müharibə Elan Edir
Coursera və Udemy birləşir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!
Həftənin ən çox oxunanları
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Volkswagen büdcəyə uyğun SUV ilə gəlir!
Tesla böyük bir şokla üzləşə bilər!
Xiaomi 17 Ultra kamerası ilə bağlı ilk sızmalar ortaya çıxdı!
Microsoft əl konsollarının performansını artırır!
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Yeni Nissan Leaf istehsala başlayır!
Şok DDR5 RAM fırıldağı!
Google Yeni Süni İntellekt Agenti CC-ni Elan Edir!
Google Gemini 3 Flash təqdim edildi!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

