Avtovağzalda kitab rəfləri quraşdırıldı – AÇIQLAMA
"Libraff" mağazalar şəbəkəsi tərəfindən Bakı Beynəlxalq Avtovağzalının iki gözləmə zalında kitab rəfi quraşdırılıb".
Bunu TED.az-a açıqlamasında "Libraff"ın PR meneceri Sərxan Rüstəmov bildirib.
O qeyd edib ki, kitabları oxumaq üçün hansısa ödəniş tələb olunmur: "Sərnişinlərin zamanını faydalı keçirmələri üçün bu addımı atmışıq. Azərbaycan, türk, rus və ingilis dillərində kitablar mövcuddur. Bundan başqa, yaşlı sərnişinləri nəzərə alaraq rəflərimizə kiril qrafikalı kitablar da əlavə etmişik".
S.Rüstəmov bildirib ki, bu cür addımların atılması gələcəkdə də nəzərdə tutulur: "Dəmiryol vağzallarında, əhalinin sıx toplandığı yerlərdə, xüsusən qapalı ərazilərdə layihəmizi davam etdirəcəyik. Layihə avtobus dayanacaqlarında hələlik nəzərdə tutulmur. Çünki açıq ərazi olduğundan nəzarət məsələsi çətindir. Bunun mexanizmini, formatını düşünmək lazımdır. Hava limanında isə filialımız olduğundan orada da rəf quraşdırmaq nəzərdə tutulmur”.
PR menecer onu da nəzərə çatdırıb ki, sözügedən addım test xarakterlidir: "Əgər uğurlu alınarsa, arealını genişləndirəcəyik. Əsas məqsəd kitab sevgisini artırmaq, mütaliə vərdişini inkişaf etdirməkdir".
Cavid QƏDİR
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












