AZ

Samsung Galaxy-lərin AirDrop sistemi olacaq – Samsung özünü Apple-a bənzətdi

153a467afd42f09d723203521d7fa374.jpg
25.01.2020 14:57

“Samsung” şirkəti “Galaxy” seriyalı smartfonları üçün AirDrop sisteminin analoqunu hazırlayıb.

 

TED.az xəbər verir ki, “Quick Share” adlanan texnologiya iki “Galaxy” smartfonu arasında faylların az vaxt ərzində ötürülməsini təmin edəcək.

 

Texnologiyanın müəllifi Maks Vaynbaxdır. Onun sözlərinə görə, xidmət “One UI 2.1” və daha sonraki sistem versiyası ilə təchiz olunan cihazlar üçün nəzərdə tutulub.

 

 

Texnoloji xidmət yaxınlıqdakı bütün istifadəçilər arasında və ya yalnız “Samsung Sosial” kontaktlarında olan istifadəçilər arasında məlumat paylaşmağı təklif edəcək.

 

Apple-ın “AirDrop”u və Samsung-un “Quick Share”ını arasındakı fərq Samsung texnologiyasının istifadəçilərə faylları sonradan “Smart Things” cihazlarına ötürülməsi üçün  “Samsung Cloud” bulud sisteminə müvəqqəti yükləmə imkanını təqdim etməsindədir. Göndərilən fayl 1 GB-dən çox olmamalıdır.

 

Qeyd edək ki, ilk olaraq bu xidmət “Samsung Galaxy S20” seriyalı smartfonlarında təqdim olunacaq. Təqdimat fevralın 11-də San-Fransisko şəhərində keçiriləcək.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox