GOOGLE RƏSMİSİNDƏN İNANILMAZ PROQNOZLAR – İnternetin buraxılış qabiliyyəti mövcud qabiliyyətindən 500 milyon dəfə böyük olacaq
Məşhur futuroloq öz proqnozu ilə insanları intellektual oyuna cəlb edib, gələcəyin təsvirini puzzle-la yığmağa dəvət edir.
Google şirkətinin Texniki direktoru, məşhur futuroloq Rey Kurtsveyl 2099-cu ilədək texnologiyanın gətirəcəyi yeniliklərin proqnozunu verib.
TED.az oxuculara həmin siyahını təqdim edir:
2020 – Kompüterin hesablama gücü insan beyni ilə müqayisə olunan səviyyəyə çatacaq.
2021 – Simsiz internetə çıxış dünya əhalisinin 85%-ni əhatə edəcək.
2022 – ABŞ və Avropada insanların robotlarla münasibətini tənzimləyən qanunlar qəbul ediləcək. Robotların fəaliyyəti, onların hüquqları və öhdəlikləri və s. formalaşacaq.
2024 – Avtomobillərdə kompüter intellekti məcbur tətbiq olunacaq. İnsanlara kompüter köməkçisi olmayan avtomobil idarə etmək qadağan ediləcək.
2025 – Kütləvi qacet implant bazarı yaranacaq.
2026 – Elmi proqres hesabına bir vaxt vahidi ərzində öz həyatımızı keçmişə nisbətən daha çox uzada biləcəyik.
2027 – Avtonom şəkildə bütün çətin işlərin öhdəsindən gələn fərdi robotlar soyuducular və kofe dəmləyən cihaz kimi adiləşəcək.
2028 – Günəş enerjisi o qədər ucuz və geniş yayılmış olacaq ki, dünya əhalisinin bütün enerji tələbatını ödəyəcək.
2029 – Kompüter Tyurinq testini keçərək, zəkasının olduğunu sübut edəcək. Bu insan beyninin kompüterə simulyasiyası sayəsində mümkün olacaq.
2030 – Nanotexnologiyanın sənayedə geniş tətbiqi bütün məhsulların ucuzlaşmasına səbəb olacaq.
2031 – İnsan orqanlarının çapı üçün 3D-printerlər bütün xəstəxanalarda tətbiq ediləcək.
2032 – Nanorobotları müalicə məqsədilə istifadə edəcəklər.
2033 – Küçələrdə əsasən pilotsuz avtomobillər olacaq.
2040 – Axtarış sistemləri qacetlərin əsasını təşkil edəcək. Axtarışlar yalnız səslə deyil, fikirlə də mümkün olacaq.
2041 – İnternetin buraxılış qabiliyyəti mövcud qabiliyyətindən 500 milyon dəfə böyük olacaq.
2042 – İmmun sistemini tamamlayan və xəstəlikləri "təmizləyən" nanorobotların hesabına ölümsüzlüyün ilk potensialı reallaşdırılacaq.
2043 – Nəhəng Nanorobotların hesabına insan bədəni istənilən formanı ala biləcək.
2044 – Qeyri-bioloji intellekt bioloji intellektdən milyard dəfə daha ağıllı olacaq.
2045 – Yer Kürəsində sinqulyarlıq baş verəcək. Dünya tənha və giqant kompüterə çevriləcək.
2099 – Texnoloji sinqulyarlıq bütün kainata yayılacaq.
Belə proqnozlara inanmaq bir qədər çətindir. Amma cəmiyyətin və texnologiyanın sürətli inkişafı gələcəkdə bu prosesləri mümkün də edə bilər. Biz isə hələlik hadisələri müşahidə edə bilərik.
QARABAĞ bölməsindən digər xəbərlər
iPhone indi Cadillac açarıdır
iPhone 18-in buraxılış tarixi təxirə salınıb?
Android 17 Kod Adı Açıqlandı
Grok 4.1 elan etdi! GPT-5 üzüləcək!
WhatsApp Avropa Birliyinə təqdim edildi!
Oppo Reno 15 və Reno 15 Pro təqdim edildi
Ford Focus rəsmi olaraq vəda etdi!
iOS 26.2 Beta 3 çıxdı!
Apple-da şok istefa!
Microsoft idarəçisindən acı etiraf!
ROG GR70 Buxar Maşını pozmaq üçün buradadır
Mercedes-AMG GLC rekordları qıra bilər
Yeni Volkswagen T-Roc R gəlir
F1 filminin davamı olacaqmı?
Google Gemini 3 elan etdi
Çoxdan gözlənilən funksiya nəhayət YouTube Music-ə gəldi
AI alətləri nə dərəcədə təhlükəsizdir?
Poco F8 üçün yaxşı xəbər
Galaxy Buds 4 Pro sızdırıldı!
Galaxy S26 Ultra üçün Minnətdar İnkişaf
Samsung telefonunuzda casus proqram ola bilər!
iPhone Air-in rəqibi olan Honor 500 nə ilə fərqlənəcək?
Qatlana bilən iPhone sızdırıldı
Rəcəb İvedik 8 gəlir
Tesla-dan radikal addım!
Google Play çoxdan gözlənilən yeniləməni təqdim etdi
Nano Banana Samsung Now Brief-ə gəlir
Google daha bir zərbə aldı!
Apple-ın yeni planı bazarı kökündən dəyişə bilər
Həftənin ən çox oxunanları
Honor 500 seriyası üçün geri sayım başlayır!
TEXİO Academy BDU-nun “Peşəkar gələcəyə doğru körpü” adlı Karyera Sərgisində iştirak edib
TEXİO Academy BDU-nun “Peşəkar gələcəyə doğru körpü” adlı Karyera Sərgisində iştirak edib
HyperOS 3 yeniləməsi daha çox cihaza yayılır!
Google Maps üçün Tesla Supercharger funksiyası!
Xiaomi 17 Ultra dekabrda Çində təqdim olunacaq!
Stiv Cobs 10 dəqiqə ərzində Mac kalkulyatorunu necə hazırlayıb?
Yeni Kia Telluride təqdim olundu
Peugeot Polyqon Konsepti: Gələcəyə İşıq Tutmaq 208
Android batareyası xəbərdarlığı Play Store-a gəlir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

