AZ

GOOGLE RƏSMİSİNDƏN İNANILMAZ PROQNOZLAR – İnternetin buraxılış qabiliyyəti mövcud qabiliyyətindən 500 milyon dəfə böyük olacaq

f07e44c3e97a95c2473f4f52472dbcad.jpg
25.01.2020 15:48

Məşhur futuroloq öz proqnozu ilə insanları intellektual oyuna cəlb edib, gələcəyin təsvirini puzzle-la yığmağa dəvət edir.

 

Google şirkətinin Texniki direktoru, məşhur futuroloq Rey Kurtsveyl 2099-cu ilədək texnologiyanın gətirəcəyi yeniliklərin proqnozunu verib.

 

 

TED.az oxuculara həmin siyahını təqdim edir:

 

2020 – Kompüterin hesablama gücü insan beyni ilə müqayisə olunan səviyyəyə çatacaq.

 

2021 – Simsiz internetə çıxış dünya əhalisinin 85%-ni əhatə edəcək.

 

2022 – ABŞ və Avropada insanların robotlarla münasibətini tənzimləyən qanunlar qəbul ediləcək. Robotların fəaliyyəti, onların hüquqları və öhdəlikləri və s. formalaşacaq.

 

2024 – Avtomobillərdə kompüter intellekti məcbur tətbiq olunacaq. İnsanlara kompüter köməkçisi olmayan avtomobil idarə etmək qadağan ediləcək.

 

2025 – Kütləvi qacet implant bazarı yaranacaq.

 

2026 – Elmi proqres hesabına bir vaxt vahidi ərzində öz həyatımızı keçmişə nisbətən daha çox uzada biləcəyik.

 

2027 – Avtonom şəkildə bütün çətin işlərin öhdəsindən gələn fərdi robotlar soyuducular və kofe dəmləyən cihaz kimi adiləşəcək.

 

2028 – Günəş enerjisi o qədər ucuz və geniş yayılmış olacaq ki, dünya əhalisinin bütün enerji tələbatını ödəyəcək.

 

2029 – Kompüter Tyurinq testini keçərək, zəkasının olduğunu sübut edəcək. Bu insan beyninin kompüterə simulyasiyası sayəsində mümkün olacaq.

 

2030 – Nanotexnologiyanın sənayedə geniş tətbiqi bütün məhsulların ucuzlaşmasına səbəb olacaq.

 

2031 – İnsan orqanlarının çapı üçün 3D-printerlər bütün xəstəxanalarda tətbiq ediləcək.

 

2032 – Nanorobotları müalicə məqsədilə istifadə edəcəklər.

 

2033 – Küçələrdə əsasən pilotsuz avtomobillər olacaq.

 

2040 – Axtarış sistemləri qacetlərin əsasını təşkil edəcək. Axtarışlar yalnız səslə deyil, fikirlə də mümkün olacaq.

 

2041 – İnternetin buraxılış qabiliyyəti mövcud qabiliyyətindən 500 milyon dəfə böyük olacaq.

 

2042 – İmmun sistemini tamamlayan və xəstəlikləri "təmizləyən" nanorobotların hesabına ölümsüzlüyün ilk potensialı reallaşdırılacaq.

 

2043 – Nəhəng Nanorobotların hesabına insan bədəni istənilən formanı ala biləcək.

 

2044 – Qeyri-bioloji intellekt bioloji intellektdən milyard dəfə daha ağıllı olacaq.

 

2045 – Yer Kürəsində sinqulyarlıq baş verəcək. Dünya tənha və giqant kompüterə çevriləcək.

 

2099 – Texnoloji sinqulyarlıq bütün kainata yayılacaq.

 

Belə proqnozlara inanmaq bir qədər çətindir. Amma cəmiyyətin və texnologiyanın sürətli inkişafı gələcəkdə bu prosesləri mümkün də edə bilər. Biz isə hələlik hadisələri müşahidə edə bilərik.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox