Pre-akselerasiya proqramı əsasında seçilən startapların adları məlum oldu
Bu gün İnnovasiyalar Agentliyinin nəzdində fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin ilk Pre-akselerasiya proqramının son seçim mərhələsi yekunlaşdı.
TED.az xəbər verir ki, Pre-akselerasiya proqramına seçim turu 2 mərhələdən ibarət olub və müraciət edən 45 komandadan cəmi 10-u seçilərək finala vəsiqə qazana bilib.
Bu gün keçirilən son seçim mərhələsində startaplar 5 dəqiqə müddətində münsiflər heyəti və investorlar qarşısında öz təqdimatları ilə çıxış ediblər. Müstəqil ekspertlərdən ibarət olan münsiflər heyəti və investorların dəyərləndirməsindən keçən 5 top layihə Pre-akselerasiya proqramında iştirak etmək şansı qazanıb. Belə ki, qalib komandaların adları:
1.İŞIQ - karyera seçimi üçün interaktiv platforma;
2. ABC Planet - dünyada savadlılığı artırmağa hədəflənən məktəbəqədər təhsil startapı;
3.AIDAtoolkit – Multimedia kontentinin yaradılması üçün kross-platformalı alət;
4.WinFi - Səyahətçilər üçün qlobal WiFi paylaşma platforması;
5.Pesekar.az - peşə sahiblərini bir arada toplayaraq, onların xidmətlərini istehlakçılara çatdıran platforma.
Qalib komandalar bu gündən etibarən Barama Pre-akselerasiya proqramının təqdim etdiyi böyük imkanlardan yararlana biləcək. Pre-akselerasiya proqramına seçilən komandalara 25 min manata qədər maddi dəstək göstəriləcək, onlar xarici mentorların üstünlük təşkil etdiyi 30-dan çox mentordan dəstək alacaq, İnnovasiyalar Agentliyində ofislə təmin olunacaq və ABŞ-da keçiriləcək mübadilə proqramında iştirak edəcəklər.
Bu Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti dövründə keçirilən ilk Pre-akselerasiya proqramıdır. 3 ay davam edəcək proqram ərzində startaplar daha çox xarici mentorların dəstəyi ilə öz layihələrini biznes və məhsulun inkişaf etdirilməsi mərhələlərindən keçirəcəklər.
Qeyd edək ki, münsiflər heyətinin tərkibinə- İnnovasiyalar Agentliyinin Qrantlar, Kreditləşmə və İnvestisiyalar şöbəsinin müdiri Tural Maqsudov, İnnovasiyalar Agentliyinin Biznesin İnkişafı və İnvestisiyaların təşviqi şöbəsinin müdiri Əli Əsgər Taheri, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Araşdırmalar üzrə müdiri Leyla Seyidzadə, “MenaPay”-in İdarə Heyətinin üzvü və “Behrud Tecnology”-nin baş icraçı direktoru Turan Alməmmədov, “Seedstars”-ın Mərkəzi-Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Regional Meneceri Ağahüseyn Əhmədov, MDB ölkələri üçün HCI Biznesin inkişafı üzrə direktoru Rasim Baxşı, “Deloitte Azerbaijan” -ın direktoru Tural Hacıyev daxil olub.
Startaplar bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Google Health 5.03 yeniləməsi yayımlandı: Yuxu izləmə və Strava inteqrasiyasında mühüm yeniliklər
Sony disk dövrünü bitirir: PlayStation oyunlarında yeni era başlayır
Həftənin ən çox oxunanları
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD








